Ərdoğanın köməkçisi Bakıya gəlir- ÖZƏL




Noyabrın 21-də Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın ictimai məsələlər üzrə köməkçisi Yalçın Topçu və yerli düşüncə dərnəyinin sədri Mətin Gündoğdu Bakıya səfər edəcəklər.

 Sherg.az-ın məlumatına görə, Y. Topçu, M. Gündoğdunun və Azərbaycan media nümayəndələrinin iştirakı ilə həmin gün saat 11:00- də Avropa Otelində Türkiyə - Azərbaycan münasibətləri, 15 Iyul hərbi çevrilişə cəhd və millətin zəfəri ilə Türk Filmləri həftəsi mövzusunda mətbuat konfransı təşkil olunacaq.

Mətbuat Konfransında, Azərbaycanın Əməkdar artisti Azərin ‘’ 15 Temmuz Gecesi’’ adlı mahnısını ifa edəcək.