Ərdoğanla Tramp arasındakı gərginlik səngiyib - "Lemonde" yazır




ABŞ prezidenti  Donald Trampla Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan arasında dünən Vaşinqtonda baş tutan görüşdən sonra bu iki ölkə başçısı arasındakı gərginlik səngiyib. 

Sherg.az "Lemonde.fr"ə istinadən xəbər verir ki, danışıqlar zamanı ABŞ-ın Suriyadakı kürd polislərinə (YPG) dəstək göstərəcəyinə dair bəyanat və Türkiyədə dövlət çevrilişinə cəhdin əsas təşəbbüskarı olan Fətullah Gülənin Ankaraya ekstradisiyası ətrafında müzakirələr aparılıb.

 Bundan başqa hər iki lider NATO-nun nəzdində tarixi müttəfiq olduqlarını dilə gətirərək strateji tərəfdaşlığı və müstəsna əlaqələri gücləndirməyin zəruriliyini vurğulayıblar. 

Eyni zamanda Tramp ötən günlərdə Türkiyədə baş tutan referendum münasibətilə Ərdoğanı təbrik edib. Ərdoğan da öz növbəsində Tramp prezident seçilməsi münasibəti ilə təbrik edib. O bildirib ki, Trampın prezident seçilməsi region ölkələri və eləcə də Türkiyə üçün yeni gözləntilər yaradıb: "Biz bilirik ki, Amerikanın yeni administrasiyası əsassız iddialar planlamayacaq". 

D.Tram isə cavabında qeyd edib ki, Ankara həmişə Qərblə eyni cəbhədə döyüşüb: "Bu gün də bizim bir düşmənimiz var. Bu da terrorçulardır". Həmçinin Tramp qeyd edib ki, bu gün Türkiyə və eləcə də türk xalqı ən çox amansız terraktlarla üz -üzə qalan ölkə və xalqdır. 

Ayyət ƏHMƏD