Ərini və Trampı tanımır: 56 yaşlı qadın həyatının son 40 ilini xatırlamır - FOTO

56 yaşında olan amerikalı qadın həyatının son 40 ilini xatırlamır. O mobil telefonlara heyranlıqla baxır, Donald Trampın kim olduğunu bilmir, ərini tanımır.
Sherg.az xarici mediaya istinadən bildirir ki, ABŞ-da yaşayan Kim Harris Denikolanın huşu itib və o xəstəxanada özünə gəlib. Bundan sonrası daha dəhşətlidir.
Belə ki xanım Denikola orta məktəbin "Son zəng” günündən bu yana yaşadığı həyatı unudub. Hətta o ərə getdiyini, əri David Denikolanın 60 yaşında olduğunu bilmir. Ailə üzvlərinin bir neçə il əvvəl vəfatı xəbərini öyrəndiyində, pis olub.
Həkimlər Denikolaya amneziya diaqnozu qoyublar və, onun son 40 ildə baş verənləri xatırlamayacağı xəbərdarlığını ediblər.
Denikola, son 40 ili xatırlamasa da, uşaqlığını və gənclik illərini tam xatırlayır.
Anar