“Erməni nə bilir, xalça toxumaq nədir”
20:49 16.02.2016
Arxiv
1043
Bayram Səfərov: “Torpaqlarımızın işğalı zamanı ələ keçiriblər. İndi də satışa çıxarırlar”
Moskvada Qarabağ xalçaları satılır. Rusiya paytaxtında Dağlıq Qarabağda istehsal olunan məhsulların satıldığı pavilyon-mağaza işə başlayıb. Məlumata görə, mağaza dünyanın 50 ən böyük sərgi mərkəzlərindən biri sayılan Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin Ermənistan pavilyonunda açılıb.
"Qarabağ karpet” şirkətinin direktoru Sevak Xaçatryan işğal olunmuş ərazilərdə toxunmuş xalçalarla yanaşı, mağazada "Arçaxberi”, "Arçaxfrut”, "Elit”, "Kataro” və s. Qarabağ şirkətlərinin ərzaq məhsullarının da satılacağını deyib. Qarabağda istehsal olunmuş məhsulları satacaq pavilyon-mağazanın açılışına separatçı rejimin nümayəndələri, Ermənistanın Rusiyadakı səfiri və bəzi ermənipərəst rus siyasətçiləri qatılıb. Bu arada qeyd edək ki, bir müddət öncə, Rusiyada "Qarabağ” konfetlərinin də istehsalına başlanılıb. Rusiyanın Sibir regionundakı "Sladunitsa” şirniyyat şirkəti "Qarabağ” adı daşıyan konfetlər istehsal edir. Məlumata görə, şirkət Rusiyanın Omsk şəhərində qeydiyyatdan keçib. Şirkətin marketinq xidmətinin rəhbəri Anastasiya Perminova bildirib ki, "Konfetlərin "Qarabağ” adı ilə istehsalı marketinq şöbəsinin ekspertləri tərəfindən irəli sürülüb: "Məmulatın belə adlandırılması siyasi səbəblərlə bağlı deyil. Şirkətimiz beynəlxalq siyasətdən tamamilə uzaqdır”.
A.Perminova şirkətin sahiblərinin Qazaxıstan vətəndaşı olan etnik ruslardan ibarət olduğunu və "Sladunitsa” şirkətinin rəhbərliyində erməni, yaxud azərbaycanlı şəxslərin çalışmadığını deyib.
Məsələyə münasibət bildirən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov "Şərq”ə söyləyib ki, erməni nə bilir xalça toxumaq nədir. Onun sözlərinə görə, erməninin heç vaxt xalçası olmayıb: "Onların hamısı Azərbaycan xalçalarıdır. Torpaqlarımızın işğalı zamanı ələ keçiriblər. İndi də satışa çıxarırlar”.
Birlik sədri qeyd edib ki, Rusiya həmişə Ermənistanın yanında olub: "Onlardan istədikləri formada istifadə ediblər və bu gün də edirlər. Bu yeni məsələ deyil”. Qarabağ konfetlərinə gəlincə, B.Səfərov diqqətə çatdırıb ki, bütün bunları yalandan düzəldirlər: "Qarabağda Ermənistanın nəyi var ki, orada konfet də istehsal etsin. Həmin məmulatları erməni iş adamaları Rusiyada istehsal edib, adını da Qarabağ konfeti qoyub satırlar”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat