“Erməni tələbələrin etiraz hədəfi Rusiyadır”
07:29 17.11.2017
Arxiv
736
Azər Rəşidoğlu: “Prezident öz sözlərini etirazçıların dili ilə deməyə çalışır”
Ermənistan parlamenti tələbələrin hərbi xidmətdən möhlət hüququna dair ziddiyyətli və ictimai qınağa tuş gələn qanun layihəsini qəbul edib. Gənclərin günlərdir davam edən kütləvi etiraz aksiyalarına baxmayaraq, sənəd təsdiqlənib.
Tələbə aksiyalarının təşkilatçısı Vaqan Kostanyan qanunun qəbulunu şərh edərkən deyib ki, parlament tələbə-gənclərin səsini eşitmədiyini nümayş etdirdi. Onun sözlərinə görə, deputatlar hakimiyyətin diktəsinə tabe olduqları üçün sənədi müdafiə ediblər.
Ekspertlərə görə, düşmən ölkədə çağırışçı problemi kəskin xarakter almaqdadır. Qanun layihəsi təsdiqlənəndən sonra tələbələr İrəvanın mərkəzi Baqramyan küçəsinə, parlamentin yerləşdiyi ünvana axışıblar və yolu bağlayıblar. 120 elmi tədqiqatçı da tələbə aksiyalarına qoşulub.
Vəziyyətin gərginləşdiyini görən polis qüvvələri etirazçılara təzyiq ediblər, nəticədə tərəflər arasında toqquşma baş verib. Hər bir ölkədə ən fəal təbəqə tələbə - gənclər hesab olunur. Bəzi proqnozlara görə, qarşıdakı günlərdə situasiya daha da gərgin olacaq. Bir şey dəqiqdir ki, qanun təsdiqlənərsə, ölkədən kütləvi köç sürətlənəcək. Çünki tələbələr 3 illik hərbi xidmət zamanı Dağlıq Qarabağa və ya başqa qaynar nöqtəyə göndərilə biləcəklərindən narahatdırlar. Beynəlxalq qurumların hesabatına görə, Ermənistanın ordu sıralarında zorakılıq və qeyri-döyüş səbəblərindən ölüm hallarının çoxalması ciddi narahatlıq doğurur.
Lakin Ermənistan prezidenti Serj Sarkisyanın sözügedən qanunu təsdiq etməyəcəyi ehtimal olunur. Hətta iddia edilir ki, gərgin proseslərin arxasında məhz Sarkisyanın özü dayanır. Ölkəni xaosa sürükləyən prezidentin gələn il baş nazir postuna yiyələnmək üçün bu cür taktiki gedişə əl atdığı deyilir.
Düşmən ölkədəki qarşıdurmanı "Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu deyib ki, əslində, İrəvanda tez-tez aksiyalar keçirilir və mitinqlərin şüarlarından asılı olmayaraq, ermənilər ilk baxışdan Rusiyaya etiraz edirlər. Ekspertin sözlərinə görə, Ermənistanın nəinki indiki, hətta gələcək vəziyyəti və mövcudluğu da Rusiyanın hərəkətlərindən asılıdır:
"Ermənistan Rusiyadan o dərəcədə asılıdır ki, Sarkisyan birbaşa Kremlə qarşı çıxış edə bilməz. Prezident öz sözlərini etirazçıların dili ilə deməyə çalışır. İndi ölkədə tələbələrin mitinqini keçirməklə, sadəcə, süni ab-hava yaratmağa cəhd göstərirlər. Tələbələr şüarlarında deyirlər ki, "Ermənistan Avrasiya Birliyindən çıxmalıdır”.
Yəni etirazlarda belə əsas hədəf Rusiya göstərilir. Fikrimcə, İrəvanı qarışdıran əl Moskvadan uzanır. İstər Sarkisyan olsun, istərsə də digər siyasətçilər, onların hamısı Kremlin vassalı olmağa məhkumdurlar. Bu baxımdan erməni tələbələrin nə istədiyi önəmsizdir. Həmin tələbələr də öz prezidentləri kimi Moskvanın köləsidirlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə