Erməni ziyalıları heç vaxt öz xalqının tərbiyəsi ilə məşğul olmayıblar

"Militonyan həqiqəti etiraf etmək istəyirsə, hər şeyi açıq desin"



Ermənistan Yazıçılar İttifaqının sədri Edvard Militonyan erməni diaspor siyasətini pisləyib. O bildirib ki, ermənilər yaşadıqları ölkənin mədəniyyətinə və tarixinə hörmət etməlidir. Oranın adət-ənənələri ilə yaxından tanış olmalıdırlar.

E.Militonyan deyib ki, Ermənistan tərəfi hər hansı bir insidentin baş verməsini gözləməməlidir, əvəzində əhali və erməni diasporu ilə müvafiq iş aparmalıdır. Müxtəlif xarici ölkələrdəki erməni diasporları düzgün siyasi xətt müəyyənləşdirməlidir.

Baş verənləri "Şərq"ə dəyərləndirən politoloq Qabil Hüseynli E.Militonyanın düzgün məsələ qaldırdığını deyib. Onun sözlərinə görə, ermənilər ilk növbədə öz xalqının xisləti, xarakteri ətrafında düşünməlidirlər:

"Məsələn, Azərbaycanın çörəyini yemiş Svetlana Markodyan adlı xanım Sarkisyanın istefaya getdiyi ərəfədə ona məktub yazaraq bildirib ki, "Siz mənə Ermənistanın milli qəhrəmanı adını verməlisiz. Çünki mən doğum evində tibb bacısı işləyən zaman onlarla azərbaycanlı körpənin göbəyinə sulfat turşusu tökərək onların ölümünə səbəb olmuşam”.

E.Militonyan əvvəlcə bu olanları nəzərdən keçirməlidir. Erməni ziyalıları heç vaxt öz xalqının tərbiyəsi ilə məşğul olmayıblar. Ermənilər özlərinə mifik bir tarix yaradıblar və bu tarixi özləri ilə xaç gəzdirən kimi gəzdirirlər. Sonra da olmayan tarixlərindən, paytaxtlarından danışaraq əfsanələr və miflər düzəldirlər. Biz hər zaman öz tariximizə hörmətlə yanaşmışıq. Amma heç vaxt yalandan deməmişik ki, bizim böyük tariximiz olub.

Ermənilər yoluxucu xəstəlik kimi millətlərinin "böyük"lüyündən, tarixlərindən danışırlar. Azərbaycan xalqı sivilizasiyaya böyük simalar vermiş xalqdır. Ermənilər hər zaman bizim incəsənət əsərlərimizi öz adlarına çıxarıblar. Böyük tarixi olan xalq belə hərəkət etmir.

Dərindən araşdıranda məlum olur ki, ermənilər Qarsdan tutmuş Urmiya, Cənubi-Şərqi Azərbaycan və Neftçalaya qədər böyük ərazilərdə on minlərlə azərbaycanlını qətlə yetiriblər. Ona görə də E.Militonyan həqiqəti etiraf etmək istəyirsə, hər şeyi açıq desin”.

Yeganə Bayramova