Ermənilər AŞ PA-da uğur qazanmadı
20:13 04.02.2016
Arxiv
886
Ancaq onların havadarları istəklərinə nail oldu
Ermənistan hakimiyyəti AŞ PA-nın qış sessiyasında Qarabağ məsələsinə dair iki qətnamə layihəsindən birinin səsvermədən keçməməsini "uğur” kimi qiymətləndirməyə çalışır. Lakin düşmən ölkədə heç də hamı bu fikirdə deyil.
Ermənistan parlamentinin müxalif deputatı Qrant Baqratyan AŞ PA-da baş verənləri ölkənin məğlubiyyəti adlandırıb: "Biz AŞ PA-da uduzduq. Getmişdik ki, iki qol vuraq. Ancaq bir qol da vura bilmədik, 1:0 hesabı ilə uduzduq. Ermənistanda heç üç deputat da tapa bilməzsən ki, Sərsəng su anbarının problemi haqda bilsin. Buna görə də AŞ PA-da liberallar və demokratlar "antierməni” məruzələrinin lehinə səs veriblər”. Ermənistan rəsmilərinin öz məğlubiyyətini etiraf etməsi ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov deyib ki, iki qətnamədən birinin qəbul edilməsi Azərbaycanın uğuru sayılmalıdır. Çünki ikinci sənəddə əks olunan müddəalar, əslində birinci sənədi təsdiq edir: "AŞ PA-da Azərbaycan nümayəndə heyəti tərəfindən təqdim olunan iki qətnamə xeyli müddətdir gündəmdə idi. Parlament qrupumuz çox yüksək səviyyədə fəaliyyət göstərərək həmin qətnamələri bütün prosedurlardan keçirdilər və səsverməyə çıxartdılar. Əslində, bunun özü bir uğurdur. Çünki Qərbin bir çox qurumları, o cümlədən Avropa Parlamenti və Minsk Qrupu Azərbaycana qarşı həmişə dost münasibətdə olmayıblar. Buna rəğmən, deputat qrupumuz eyni vaxtda iki qətnaməni səsverməyə təqdim edib və onlardan birinin qəbul olunmasına nail olub. Bu, bizim diplomatik və siyasi uğurumuzdur”. Deputat bildirib ki, sənədlərin qəbul olunmasında təkcə Ermənistana qarşı mübarizə aparmırıq. Orada ermənipərəst qüvvələr, bizə qərəzli münasibət sərgiləyən dairələr də var: "Nümayəndə heyətimiz onların hamısına qarşı çıxdı və uğur qazandı. İki sənədin məzmunu ilə tanış olsaq görərik ki, hər iki qətnamə biri-birini təsdiqləyir. İki sənəddə də Ermənistanın işğalçı olduğu vurğulanır. Təbii ki, erməni tərəfi bunu özləri üçün uğur saya bilməz. Əslində, "uğuru” ermənilərə havadarlıq edənlər qazandılar. Çünki onlar hər vəchlə himayə etdikləri təcavüzkarları ikinci sənədin qəbulundan qorudular. Ancaq həyat davam edir. Əminəm ki, gələcəkdə Azərbaycanın parlament qrupu bundan daha kəsərli sənədlərin qəbul olunmasına nail olacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat