Ermənistan: Britaniya səfirliyi etirazçılara polis basqısını araşdırmağa çağırıb





Britaniyanın Ermənistandakı səfirliyi Yerevanda keçirilmiş dinc etiraz aksiyasına polis qüvvələrinin basqısını təcili olaraq araşdırmağa çağırıb.
Bəyanatın mətni Britaniyanın Yerevandakı səfirliyinin Facebook səhifəsində dərc edilib.
Britaniya səfirliyinin bəyanatında qeyd olunur kı, bir neçə gün davam etmiş və "nümayişçilərlə polis tərəfindən yaxşı yola verilən etiraz aksiyası iyunun 23-də səhər zorakı sürətdə sona çatıb, jurnalistlər də daxil olmaqla bir çox adam həbs edilib, bəziləri isə yaralanıb".
Səfirlik xüsusilə "jurnalistlərə qarşı güc işlədilməsi və müsadirə olunmuş avadanlığın bilərəkdən sındırılması, mülki paltarlı şəxslərin polislə əlbir hərəkət etməsi və insanlara qarşı aşırı gücdən istifadə olunması" xəbərlərindən narahatlıq keçirdiyini vurğulayıb.
"Biz rəsmiləri təcili olaraq bu hadisələri araşdırmağa və qanunla nəzərdə tutulmuş müvafiq ölçülər götürməyə çağırırırq", Britaniyanın Yerevandakı səfirliyinin bəyanatında qeyd olunur.