"Ermənistan Dağlıq Qarabağla bağlı addımlarında dəyişikliklər etməyə məcburdur"
13:29 03.08.2018
Arxiv
854
"Ermənistanın daxilində və ətrafında baş verən proseslər çox sürətlə davam edir”.
Bunu "Sherg.az”a Prezident İlham Əliyevin "İşğalçı dövlət torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır" bəyanatına münasibət bildirərkən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.
O qeyd edib ki, belə şəraitdə ölkə başçısının Ermənistana ünvanladığı mesajlar Azərbaycanın mövqeyini ifadə edir:
"Düşmən ölkənin daxilində qarşıdurma daha da güclənir. "Qarabağ klanı”nın üzvləri və ya ruspərəst siyasətçilər həbs edilir, vəzifədən kənarlaşdırılır. Gərginlik, qarşıdurmalar mövcuddur. Digər tərəfdən Rusiya-Ermənistan əlaqələri böhran içərisindədir. Daha da dərinləşən bu böhranın nə ilə nəticələnəcəyi sual altındadır. Bütün bu proseslərin fonunda Azərbaycan Prezidenti növbəti dəfə dövlətin mövqeyini xatırlatdı. Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır. Biz hər vasitə ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Ölkə başçısının ifadə etdiyi fikirlər bu mövqeyi növbəti də Ermənistana çatdırılmasına xidmət etdi.
Ermənistan öz siyasətində, Qarabağ məsələsi ilə bağlı addımlarında dəyişikliklər etməyə məcburdur. Yaxşı olardı ki, Ermənistan münaqişənin həllində sülh prosesinə qoşulsun. Amma bu olmasa, Azərbaycan hər vasitə ilə öz ərazi bütövlüyünü bərpa edəcək”.
Qeyd edək ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi baş tutub. Mərasim zamanı çıxış edən ölkə başçısı İlham Əliyev bir neçə mühüm məsələ ilə yanaşı Dağlıq Qarabağ münaqişəsindən də söz açıb. Prezident münaqişənin həllinin yalnız bir yolu olduğunu vurğulayıb: "İşğalçı dövlət bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxmalıdır. Biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir”
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya