Hazırda Paşinyanın Rusiya ilə qaz məsələsində anlaşma istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinliklər yaşaması daxili narazılıqları körükləyir. Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi baş naziri dilemma qarşısında qoyur. Erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilərlər. Bununla onlar danışıqlar prosesini sıfırlamağa çalışırlar. Nə qədər ki, Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərləşdirməyib, onun danışıqlarda müstəqil şəkildə qərar verməyi mümkün olmayacaq. Bir tərəfdən də Rusiya da danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadı”.
"Ermənistan ordusunda generallar təxribata gedə bilərlər" - Anarxiya
11:57 08.01.2019
Arxiv
624
"Ermənistan silahlı qüvvələrinin son günlər dövlət sərhəddinin Qazax istiqamətində və təmas xəttində atəşkəsi mütəmadi pozması Paşinyanın danışıqlar prosesində uzaqlaşmaq cəhdi ola bilər”.
Bunu "Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Analitik bildirib ki, Paşinyanın konfliktin həllində real imkanları aşağı səviyyədədir:
"Azərbaycan tərəfi ilə şifahi razılaşması oldu və bir müddət cəbhədə nisbi sakitlik hökm sürdü. Ancaq görünür, Azərbaycanın ona verdiyi şansdan sui-istifadə edərək, parlament və digər icra strukturlarında mövqeyini möhkəmləndirdikdən sonra danışıqlardan yayınmağa cəhd edir. Məsələ ondadır ki, Paşinyanın avantürası yenidən aprel eskalasiyasının təkrarlanmasına gətirə bilər. Bu da Paşinyanın siyasi fiaskosu olar.
Hazırda Paşinyanın Rusiya ilə qaz məsələsində anlaşma istədiyinə nail ola bilməməsi, islahatların reallaşmasında çətinliklər yaşaması daxili narazılıqları körükləyir. Bir tərəfdən də Qarabağ münaqişəsinin həllində imkanları dəyərləndirməməsi baş naziri dilemma qarşısında qoyur. Erməni ordusunda Rusiya kəşfiyyatına bağlı generallar hər vəchlə cəbhədə təxribata gedə bilərlər. Bununla onlar danışıqlar prosesini sıfırlamağa çalışırlar. Nə qədər ki, Paşinyan orduda həmin generalları deşifrə etməyib, Qarabağ klanını tam zərərləşdirməyib, onun danışıqlarda müstəqil şəkildə qərar verməyi mümkün olmayacaq. Bir tərəfdən də Rusiya da danışıqlarda əsas vasitəçi olaraq qalmaqdadı”.Siyasi şərhçinin sözlərinə görə, Kreml münaqişənin həllinə regional rakursundan yanaşır:
"Moskva "3+2” formatında həll variantını irəli sürür. Qarabağa aralıq statusu verilməsini önə çəkir. Bununla bərabər öz sülhmərmlı qüvvələrini Xankəndində yerləşdirməyi planlayır. Bu, variant təbii ki, Azərbaycanın maraqlarına uyğun deyil. Ermənistan və Azərbaycan XİN rəhbərlərinin növbəti danışıqları gözlənilir. Danışıqların detalları barədə məlumat verilməsə də, hər halda Azərbaycan tərəfi ərazi bütövlüyünə qarşı hər hansı bir danışıqlara getməz.
Münaqişə ətrafında əsas proses aprel ayından sonra başlayacaq. İl ərzində intensiv danışıqlarda Rusiyada iştirak edəcək. Problem ondan ibarətdir ki, Moskvanın irəli sürdüyü şərtlər danışıqlara mənfi təsir edəcək. Bu da il ərzində danışıqlar ssenarisinin davam etməsinə xidmət edə bilər. Məhz rəsmi Bakı bu kimi ssenarilərin qarşısın almağa çalışacaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm
Baş Qərargah: Rusiya son üç ayda 124 mindən çox hərbçi itirib
16:42 01.09.2026
Dünya