Ermənistan ordusunun itkiləri ölkəni silkələyib
08:26 08.01.2019
Arxiv
525
Ölüm halları davam edir, cinayət işləri açılmır, cəzasızlıq hökm sürür
Ermənistan ordusundakı neqativ hallar artıq düşmən ölkənin siyasətçiləri və hərbi ekspertləri tərəfindən də ifşa olunmaqdadır. Ötən gün açıqlanan statistikaya görə, 2018-ci ilin 1 yanvarından 10 noyabr tarixinə qədər Dağlıq Qarabağ bölgəsində yerləşdirilmiş erməni hərbi birləşmələri qeyri-döyüş şəraitində böyük itkilər veriblər. "Tert.am” saytı rəsmi statistikalara əsaslanaraq, itkilərlə bağlı araşdırma aparıb. Məlumata görə, ötən ilin qeyd olunan dövründə erməni ordusu 39 itki verib. Sayt yazıb ki, 32 əsgər müxtəlif texniki səbəblərdən, bədbəxt hadisələrdən, intihar və xidmət yoldaşının açdığı atəşdən, eləcə də qəza və uçqun zamanı həlak olub.
Erməni şərhçi Sarkis Artsruni bu statistikanın faciəli olduğunu qeyd edib. Onun sözlərinə görə, ötən il təmas xəttində atəşkəsə ciddi şəkildə riayət edilirdi, lakin buna baxmayaraq, erməni ordusunda itkilərin sayı kifayət qədərdir:
"Bu fakt olduqca həyəcanlıdır, çünki inqilabdan sonra faktiki olaraq orduda keyfiyyət dəyişikliyi olmadı. Hətta Nikol Paşinyan bu mövzuda bir neçə dəfə danışsa da, dəyişən heç nə yoxdur.
Müharibə aparan ölkənin ordusunda qeyri-döyüş şəraitində verilən itkilərin sayı döyüş şəraitində verilən itkilərdən 5 dəfə çoxdursa, bu o deməkdir ki, "daxili düşmən” daha sərt və xaindir, nəinki rəqib”.
Şərhçi qeyri-qanuni münasibətlərin, korrupsiyanın və digər neqativ halların "daxili düşmən” olduğunu vurğulayıb:
"Statistika göstərir ki, bizim ordumuzda hətta inqilabdan sonra da problemlər həll edilməyib. Faktiki olaraq, ordu parlamentin və cəmiyyətin nəzarətindən kənarda qalır”. Hüquq müdafiəçisi Janna Aleksanyan da bildirib ki, orduda insan hüquqlarının qorunması ilə bağlı xüsusi heç bir dəyişiklik müşahidə olunmur: "Orduda müdafiə naziri David Tonoyandan başqa heç nə dəyişməyib. Ölümlər davam edir, bu hadisələrin araşdırılması olduqca pis aparılır, bir çox hallarda cinayət işi açılmır. Orduda vəziyyət cəzasız qalmağa davam edir”.
Artsruni hakimiyyəti 2016-cı il aprel məğlubiyyətindən nəticə çıxarmağa dəvət edib: "Məhz həmin müharibə illərlə ordumuzun gücü və qüdrəti haqqında yalançı təbliğatı alt-üst etdi. Korrupsiya ilə mübarizə silahlı qüvvələrə keçməlidir. Bu, təkcə qeyri-qanuni münasibətlərin kökünü kəsməyəcək, həm də gənclərin ölümünün qarşısını alacaq. Əks təqdirdə Bakının aşkar gücünü başımızın üzərində daim hiss edəcəyik”.
Düşmən ordusundakı acınacaqlı məqamları "Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, Ermənistan ordusuna rezonans doğuran neqativ hallar çox olub. Ekspert vurğulayıb ki, erməni ordusundakı özbaşınalıq, qətl və dedovşina halları azalmaq əvəzinə getdikcə daha da artıb:
"Ermənistan rəhbərliyi həmişə iddia edir ki, guya, onların "güclü” qoşunları var və Azərbaycan Ordusu ilə üz-üzə gələ bilərlər. Lakin mövcud statistika və açıqlanan rəqəmlər bunun tamamilə əksini göstərir. Düşmən tərəfi artıq özü də etiraf edir ki, bu cür vəziyyətlə Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirə bilməyəcəklər və darmadağın olacaqlar. Ona görə də rəhbərlikdən narazılıqlarını ifadə edirlər. Ancaq narazılıq ordu içində, əsgərlər arasında da var. Onlar özgə torpaqlarında xidmət keçmək istəmirlər, zabitlərin özbaşınalığına dözmürlər və həyatlarına qəsd edirlər. Həmçinin, İrəvanın siyasi dairələri arasında yaşanan ciddi qarşıdurmalar da orduda nəzarətsizlik yaradır və mövcud vəziyyəti daha da gərginləşdirir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm
Mehriban Əliyeva Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub
17:21 01.09.2026
Gündəm
“Putini öldürmək mümkün deyil” - Kəşfiyyatçı səbəbini açıqladı
17:02 01.09.2026
Dünya
NATO nümayəndə heyəti ilə ANAMA-da görüş keçirildi
16:46 01.09.2026
Gündəm