Ona görə Sarkisyanın törətdiyi cinayətləri açıq söyləmək istəmirlər
Ermənistan prezidenti Serj Sarkisyan AŞ PA-da çıxışı zamanı sərsəmləyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə çıxışdan sonra onu beynəlxalq ictimaiyyəti aldatmaqda və hərbi cinayətlər törətməkdə ittiham edib. Deputat Sarkisyana sual verib ki, "niyə siz öz çıxışınızda Qarabağda hərbi birləşmələrə rəhbərlik etdiyiniz zaman törədilmiş Xocalı soyqırımı haqqında danışmadınız? Buna cavab olaraq Sarkisyan hərbi lider olmadığını, Qarabağın hüquqları uğrunda ədalətli mübarizə apardığını deyib.
Həmçinin, Xocalı soyqırımını da inkar edərək bunun ermənilərlə əlaqəsinin olmadığını iddia edib: "Soyqırım olmayan, həm də Ermənistan tərəfindən törədilməyən bir şeyi soyqırım adlandırmaq nəyə lazımdır?”. Daha sonra o, Azərbaycanı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmaqda suçlayıb. Sonda bildirib ki, Azərbaycan Qarabağı qaytarmaq istəyir, amma bu, mümkün deyil: "Siz açıq-aşkar bildirirsiniz ki, sizə Qarabağ ermənilərsiz lazımdır. Bu, mümkün deyil. Bu, heç vaxt olmayacaq”. Çıxışdan sonra Azərbaycanın altı nümayəndəsi Ermənistan prezidentinə suallar vermək istəsə də, iclas sədri vaxtın olmadığını deyərək buna imkan verməyib. Serj Sarkisyanın çıxışına Azərbaycan Xarici İşlər Nazirliyi də münasibət bildirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan rəhbəri beynəlxalq ictimaiyyəti aldatmağa çalışıb: "Ermənistan Avropa Şurasına üzv qəbul olunarkən münaqişənin həllinə dair öhdəlik götürsə də, bunları yerinə yetirməyib”.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Nəzakət Məmmədova deyib ki, yalan və saxtakarlıq artıq Sarkisyanın vizit kartına çevrilib.
Ekspert bildirib ki, ermənilərə məxsus genetik yalançılıq, hiyləgərlik bu şəxsin simasında xüsusilə aydın şəkildə təzahür edir:
"Erməni tarixini araşdıran akademiklər, tədqiqatçılar onları ömrü boyu başqa xalqların, dövlətlərin ərazisində, yad qapılarda yaşaması səbəbindən qorxaq, hiyləgər, ikiüzlü, yaltaq xalq kimi səciyyələndiriblər. Bu barədə akademik Veliçko və başqa görkəmli tədqiqatçıların fikirləri var. Daima xəyanətləri ucbatından alçaldılmaları onlarda natamamlıq kompleksi yaradıb, yalan danışmağa və ikiüzlülük etməyə sövq edib. Ermənilər yaşamaq uğrunda mübarizədə sağ qalmaq üçün bütün vasitələrə əl atıblar. Odur ki, Sarkisyanın bu çıxışında danışdığı yalanlar adi haldır, çalışırlar ki, təki öz məqsədlərinə nail olsunlar, dünyada işğalçı yox, "əzabkeş xalq” obrazında tanınsınlar. Düşünürəm ki, beynəlxalq ictimaiyyət artıq Sarkisyanın yalanlarına inanmır. Çünki inanmağa əsasları yoxdur”.
N.Məmmədova vurğulayıb ki, Ermənistanın Azərbaycanı informasiya blokadasında saxladığı dövr arxada qalıb. Azərbaycan informasiya savaşında öz sözünü deyir:
"Beynəlxalq ictimai rəyin, ayrı-ayrı ölkələrin əhalisinin diqqətini bu məsələyə yönəltmək üçün vaxtaşırı tədbirlər keçirilir. Eyni zamanda siyasi dairələrin diqqətinə problemin mahiyyəti çatdırılır. Bu məsələ ilə maraqlanan güc mərkəzləri kimin haqlı olduğunu yaxşı bilirlər. Sadəcə, Ermənistan Qərbə lazımdır, bunun da bir sıra geosiyasi və digər səbəbləri var. Ona görə də Sarkisyanın etdiyi cinayətləri aşkar söyləmək istəmirlər. Çünki Rusiyanın və İranın bölgəni tam nəzarətə ala bilməməsi üçün Ermənistanı da uzaqlaşdıra bilmirlər.
Odur ki, günahkarla günahsızı, işğalçı ilə işğala məruz qalanı eyni tərəziyə qoyurlar. Ancaq əlbəttə ki, kimin haqlı, kimin haqsız olduğunu hər kəs bilir. Dünyanın nüfuzlu bir təşkilatında təmsil olunan şəxslərin, təcrübəli siyasətçilərin sadəlövhcəsinə Sarkisyana inanması mümkün deyil. Sadəcə, qeyd etdiyimiz kimi, ikili standartlar bu cür yanaşmanı tələb edir”.
İsmayıl