İranla müharibə ABŞ vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəldi

İranla münaqişə 3 sentyabr tarixinə olan məlumata görə, Amerika vergi ödəyicilərinə 43,6 milyard dollara başa gəlib.

Teleqraf xəbər verir ki, bu barədə Konqresə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat verib.

Hesabatı nəzərdən keçirən "Punchbowl News"a görə, əməliyyatlara 11,2 milyard dollar, sursatların yenilənməsinə 28,1 milyard dollar və itirilmiş avadanlıqların dəyişdirilməsinə 4,3 milyard dollar xərclənib.

Konqresin Büdcə İdarəsi əvvəllər İranla münaqişənin amerikalılara ayda 2-3 milyard dollara başa gələcəyini, müharibənin ilk beş ayının isə artıq 38 milyard dollara başa gəldiyini bildirmişdi.