ABŞ Prezidenti Donald Tramp administrasiyası haqqında yalan məlumatlar yaydıqlarını əsas gətirərək CNN, MS NOW telekanallarının və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə giriş hüququndan məhrum etdiyini bəyan edib.
Oxu.Az xəbər verir ki, ABŞ dövlət başçısı bu barədə "Truth Social" platformasında yazıb.
"Mən böyük qürurla bildirirəm ki, daimi olaraq "yalan xəbərlər" yaydıqlarına görə yalançı CNN, MS NOW (izləyici və etibar çatışmazlığı səbəbindən bu yaxınlarda adını MSNBC-dən dəyişib) və "Politico"nun (əliəyri Co Bayden administrasiyası onu batmaqdan xilas etmək üçün birbaşa ABŞ hökuməti tərəfindən rekord məbləğdə - 8 milyon dollarlıq qanunsuz, cəfəng abunə rəsmiləşdirib ki, bu da mənə korrupsiya kimi görünür) Ağ Evə giriş hüququnu dərhal ləğv edirəm.
KİV ABŞ Prezidentinin, Tramp administrasiyasının və ya ABŞ-nin fəaliyyətini işıqlandırarkən davamlı olaraq uydurmalar və yalanlar yaymaq imkanına malik olmamalıdırlar. Onların ardınca digər KİV də gələcək", - deyə ABŞ Prezidenti qeyd edib.