H.Məmmədova təklif edib ki, erməni əsgər anaları səsini beynəlxalq təşkilatlara, böyük dövlətlərə çatdırsınlar:
"Ermənistanda əsgər anaları aksiya keçirib, dövlətin işğalçılıq siyasətini tənqid edirlər"
16:23 27.07.2018
Arxiv
1087
"Ermənistan sülhün tərəfdarı olmadığına görə, getdikcə zəifləyən ölkəyə çevrilir, ordusu sıradan çıxır”.
Bunu "Sherg.az”a Ermənistanda əsgər analarının etiraz aksiyaları keçirməsindən danışarkən, keçmiş millət vəkili, tarix üzrə fəlsəfə doktoru Həvva Məmmədova söyləyib.
O diqqətə çatdırıb ki, erməni əsgər anaları sosial şəraitlərinin çətinliyindən şikayətlənir, dövlətin tutduğu işğalçı siyasəti tənqid edirlər:
"Azərbaycanda hərbi xidmətə çağırış konstitusiyamızda nəzərdə tutulan qaydada həyata keçirilir. Ermənistanda isə həm döyüşən muzdlu ordu, həm də kasıb ailələrin övladlarının cəlb edildiyi hərbi birləşmələr fəaliyyət göstərir. Dəfələrlə müxtəlif faktlar ortaya qoyulub ki, düşmən ölkədə ön xəttə yalnız kasıb ailələrin övladları xidmət edirlər. Ona görə, Ermənistanda əsgər anaları mütəmadi aksiyalar keçirir, etirazlarını dilə gətirirlər. Ümumiyyətlə, erməni əhalisi övladlarının Dağlıq Qarabağda xidmət keçməsini arzulamır. Üstəlik, erməni əsgərinin, onun ailəsinin sosial durumunun ağır olması da onların şikayətlərinə əsas verir.
Ermənistanın işğalçılıq siyasətindən cana yığılan Dağlıq Qarabağ əhalisi bu əraziləri tərk edib. Ona görə, dövlət həmin bölgələrə Ermənistanın başqa regionlarından insanlar köçürür. Dağlıq Qarabağda yaşayan ermənilər hər zaman şikayətlənirlər ki, dövlət döyüşdə ölən əsgərlərinə lazımi qiyməti vermir, hərbçilərin ailələrinə diqqət göstərmir. Ona görə, xaos baş alıb gedir. Erməni əsgər anaları Azərbaycanın gündən-günə gücləndiyini, ordusunun müasir silahlarla silahlandığını, gücünü artırdığını görürlər. Bu, həmin anaları, bütün erməni əhalisini daha da təşvişə salır”.
H.Məmmədova təklif edib ki, erməni əsgər anaları səsini beynəlxalq təşkilatlara, böyük dövlətlərə çatdırsınlar:"Onlar müraciətlərini BMT, ATƏT və s. kimi nüfuzlu təşkilatlara yönləndirməlidirlər ki, bütün dünya Ermənistanın işğalçılıq siyasətini, öz xalqına vurduğu ziyanı görsün. Belə olmadıqca, Ermənistan dövləti öz vətəndaşının harayını eşitməyəcək. Öz dövlətinin işğalçılıq siyasətinin qurbanı olan əsgərlərin, bədbəxt olan ailələrin sayı isə artacaq”.
Qeyd edək ki, Ermənistanda dinc şəraitdə öldürülən erməni əsgərlərin anaları yenidən hökumət binası qarşısında etiraz ediblər. Sosial vəziyyətlərinin yaxşı olmadığını vurğulayan etirazçı erməni əsgər anaları hökumətin onlara köməklik göstərmədiyini dilə gətiriblər.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm