"Ermənistanda əsgər anaları Müdafiə Nazirliyindən qovulur" - Polkovnik
14:40 03.08.2018
Arxiv
873
"Müdafiə naziri Zakir Həsənov ordunun qış və yay aylarında tam hazırlıqlı formalaşması üçün hər zaman yoxlamalar aparır, mövcud vəziyyətlə maraqlanır”.
Bunu "Sherg.az”a müdafiə naziri Zakir Həsənovun cəbhə boyu bölmələrdə qışa hazırlıq prosesini yoxlamaq üçün apardığı yoxlamadan danışarkən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
O bildirib ki, yerində müvafiq göstərişlərin verilməsi, tapşırıqların icrasına nəzarət baxımından nazirin cəbhəboyu bölgələrə səfər etməsi əhəmiyyətli addımdır:
"Bizim cəbhə bölgəmizin, təmas xəttinin yetmiş-səksən faizi dağlıq, meşəlik zonalardır. Bu bölgələrdə qış fəsli sərt keçdiyinə görə, əlavə tədbirlər, müvafiq işlər görülməsi vacibdir. Düşünürəm ki, müdafiə naziri tək bu hazırlıqları deyil, ordunun digər məsələlərdə potensialının yoxlanmasını da həyata keçirir.
Məhz bu operativ addımlarına, daim əsgərlərin arasında olduğuna görə, Zakir Həsənov "cəbhə naziri” adlandırılır.
Son illərdə irimiqyaslı hərbi təlimlərin cəbhəboyu ərazilərdə keçirilməsini müşahidə edirik. Bu həmin ərazilərdəki hərbi-texniki imkanların, hərbi hissələrin təkmilləşməsinə də müsbət təsir göstərir. Təlimlərin, önəmli hərbi addımların cəbhəboyu ərazilərdə həyata keçirilməsi şəxsi heyətin təcrübəsinin artırılmasına şərait yaradır”.
Ermənistanda əsgər analarının Müdafiə Nazirliyindən qovulduğunu xatırladan Ş Ramaldanov düşmən ölkədən fərqli olaraq, Azərbaycanda əsgər yaxınları üçün "açıq qapı” günləri elan edildiyini vurğulayıb:
"Ordu və xalq birliyi prinsipini müasir Azərbaycan ordusunun simasında müşahidə edirik. Bunu yüksək səviyyədə təmin etməyi bacaran müdafiə naziri Z.Həsənovun addımları yüksək qiymətləndirilir.
Bu yaxınlarda məlumat yayılmışdı ki, Ermənistan Daxili Qoşunlarının əsgərləri cəbhə bölgəsinə göndərilib. Düşmənin bu kimi addımları cənab nazir və nazirliyin rəhbər heyəti tərəfindən diqqətdə saxlanılır. Müəyyən hissələrdə gücləndirici tədbirlər görülür. Prioritet istiqamətlər üzərində işlənilir. Ona görə, düşünürəm ki, bu səfərlər cənab nazirin birinci və sonuncu səfəri deyil”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində yerləşən bölmələrdə olublar. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, çətin iqlim şəraitində və dağlıq ərazidə düşmənlə qarşıdurma xəttindəki bölmələrdə olarkən əməliyyat şəraiti barədə məruzəni dinləyən müdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib. Hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanan müdafiə naziri qarşıdan gələn qış dövrünə zəruri hazırlıq işlərinin görülməsi barədə vəzifəli şəxslərə konkret tapşırıqlar verib.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya