Ermənistanda gərginlik: Sarkisyan ömrünü uzatmaq istəyir
20:45 07.12.2015
Arxiv
815
Prezident ölkədəki ağır vəziyyətin məsuliyyətini təkbaşına daşımaq istəmir
Bu günlərdə Ermənistanda ölkənin idarəetmə quruluşunu dəyişmək üçün referendum keçirilib. Ölkə vətəndaşları Ermənistanın prezident idarəetmə quruluşundan parlament idarəetməsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərinə səs veriblər. Səsvermənin nəticələrinə görə, seçicilərin 74,87 faizi islahatlara "hə” deyib. 22,31 faiz seçici isə islahatların əleyhinə səs verib.
Nəticə etibarilə Ermənistan parlament respublikası elan olunub. Bundan sonra Ermənistan parlament idarə üsuluna keçəcək. Bu ölkə Mərkəzi Seçki Komissiyasından bildirilir ki, konstitusiyaya düzəliş üçün 63 faizdən çox seçici səs verib. İslahatda nəzərdə tutulur ki, prezidenti parlamentdə seçəcəklər və onun səlahiyyət müddəti beş ildən yeddi ilədək olacaq, lakin dövlət başçısı postunu tutan şəxs yalnız bir dəfə seçilə bilər. Bu arada qeyd edək ki, Ermənistanda keçirilən referendumda səsvermə başa çatandan sonra müxalifət İrəvanda etiraz aksiyasına başlayıb. Mitinq əvvəlcə paytaxtın Azadlıq meydanında baş tutub. Meydana çoxlu sayda polis və xüsusi təyinatlılar cəlb olunub. Nümayişdə çıxış edən "İrs” Partiyasının lideri Raffi Ovanisyan dekabrın 6-da baş verənləri dövlətə xəyanət adlandırıb. Onun sözlərinə görə, prezident Serj Sarkisyan və Baş nazir Ovik Abramyan baş verənlərdən sonra istefaya getməli və minlərlə ermənini bu cinayətin iştirakçısına çevirən digər vəzifəli şəxslərlə birlikdə məsuliyyətə cəlb olunmalıdırlar. O, hüquq-mühafizə orqanlarına müraciət edərək referendumun nəticələrini saxtalaşdıran vəzifəli şəxslərin siyahısını istəyib. Mitinqin ardınca isə xeyli sayda etirazçı
Mərkəzi Seçki Komissiyasının binası önünə yürüşə başlayıb. Lakin polis MSK-nın binası istiqamətində yolu bağlayıb. Aksiya iştirakçıları arasında saxlanılanların olduğu barədə məlumatlar var.
Ermənistandakı referendumu şərh edən politoloq Natiq Miri "Şərq”ə bildirib ki, Sarkisyanın niyyəti heç də Ermənistanda demokratiya qurmaq deyil: "Bunun arxasında konkret başqa siyasi niyyətlər də ola bilər. Bilirsiniz ki, artıq Sarkisyanın ikinci dönəm prezidentlik müddəti başa çatır. Ola bilsin ki, Sarkisyan parlamentli respublika yolu ilə hakimiyyətdə qalma müddətini artırmaq istəyir. Çünki bundan sonra artıq parlamentdə ən çox səs alan siyasi qüvvə hökumət yaradacaq. Hökuməti yaradarlarsa, Sarkisyanın baş nazir olma ehtimalı böyükdür. Görünür, siyasi hakimiyyət ömrünü uzatmaq məqsədilə belə addım atır”.
Ekspertin sözlərinə görə, bu məsələdə Sarkisyan bir neçə siyasi faktorları da nəzərə alıb: "2014-cü ildə Avropa Birliyi ilə Assosiativ saziş imzalamaq ərəfəsində Rusiyanın çox ciddi sosial, iqtisadi və hərbi təzyiqləri nəticəsində İrəvan son anda bu müqaviləni imzalamaqdan vaz keçdi. Daha doğrusu, Ermənistanı buna vadar etdilər. Sarkisyan məsuliyyəti öz üzərinə götürərək Ermənistanın Avrasiya İqtisadi Birliyinə qatılmasına dair sənədə imza atdı. Bundan başqa, artıq Dağlıq Qarabağ problemi ilə bağlı status-kvo da dəyişməlidir. Bütün dünya gücləri də bunu etiraf edir və bu yöndə Ermənistana təzyiqlər də mövcuddur. Gələcəkdə Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonun boşaldılması məsələsi də aktuladır və real görünür. Sarkisyan bu hadisələrin məsuliyyətini təkbaşına daşımaq istəmir. Bu məsuliyyətdən qaçmaq üçün özünə siyasi imkanlar yaradır”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Müctəba Xameneinin “sakit” yaşaya biləcəyinə inanmır
15:54 10.03.2026
Dünya
Tramp: İranla danışıqlar aparmağımız mümkündür
15:31 10.03.2026
Dünya
“Azərbaycan hava məkanı qlobal uçuşların ‘qapısı’ oldu - EKSPERT
15:29 10.03.2026
Aktual
Tramp: İranla danışa bilərik
15:29 10.03.2026
Dünya
İsrail ordusu Tehrana yeni aviazərbələr endirir
15:08 10.03.2026
Dünya
İsrail ordusu Livanda Hizbullah hədəflərini vurub
13:32 10.03.2026
Dünya
Yazarlar süni intellektə etiraz etdi: “Boş kitab” nəşr olundu
13:05 10.03.2026
Dünya
Mən "Qarabağ"dan gedəcəyimi demədim - Koxalski
12:57 10.03.2026
Futbol
Əmək Məcəlləsi və pensiya qanunlarında dəyişiklik edildi
12:51 10.03.2026
Gündəm
Məşhurlar imiclərini yenilədi - Sarışın oldular
12:50 10.03.2026
Şou
İqlim böhranı: Atmosferdəki karbon artımı sümükləri zəiflədir
12:43 10.03.2026
Sağlamlıq
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
12:32 10.03.2026
Media
Gürcüstanda yanacaq bahalaşıb
12:12 10.03.2026
İqtisadiyyat
Netanyahu: İran rejimini devirmək xalqın əlindədir
12:10 10.03.2026
Dünya