Ermənistanda nazirliklərin əməkdaşları tətilə başlayıblar




 Ermənistanda Mədəniyyət və Diaspor nazirliklərinin əməkdaşları həmin qurumların ləğv edilməsi qərarına qarşı bu gün tətilə başlayıblar.

"Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, tətil iştirakçıları hokumət binalarının qarşısına toplaşıblar.

"Cənab baş nazir gəlib bizimlə görüşmək istəməsə, biz onun ayağına getməyi rəva görərik”, – etirazçıların nümayəndəsi bildirib.

Xatıırladaq ki, bu günlərdə ölkədə aparılan hökumət islahatı nəticəsində mövcud 17 nazirlik əvəzinə 12 nazirliyin fəaliyyət göstərəcəyi bildirilmişdi.