Ermənistanda qalmaqallı istefalar gözlənilir





Ermənistanın siyasi və hüquq-mühafizə orqanlarında Ermənistan istintaq komitəsinin sədri Aqvan Ovsepyanın istefası haqda xəbər gəzir.
Avropa.info xəbər verir ki, bu barədə "Aykakan jamanak” qəzeti yazır. Qəzet bildirir ki, bununla bağlı qərar çoxdan qəbul olunub, ancaq 9 oktyabrda Aparanda nəzərdə tutulmuş tədbir münasibəti ilə təxirə salınıb.

"Aykakan jamanak”ın məlumatına görə, İstintaq Komitəsi, Xüsusi İstintaq Xidməti və Vergi Xidmətinin birləşdirilməsini nəzərdə tutulur. Aqvan Ovsepyan və Xüsusi İstintaq Xidmətinin sədri Vaqram Şaqinyan pensiyaya gedəcək. Yaradılacaq yeni idarəyə isə gənc kadr rəhbərlik edəcək.