"Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına fikir vermir”
"ATƏT PA-nın İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keynerin jurnalist və siyasi məhbus Yeqizaryanın ölümü ilə bağlı İrəvandan izahat tələb etməsi imitasiyadır”.
Bunu "Sherg.az”a açıqlamasında siyasi ekspert, "Milli.az” saytının baş redaktoru Anar İmanov deyib.
Ekspert bildirib ki, illər boyu Ermənistan terror əsdirir, insanları parlamentdə, küçələrdə, mitinqlərdə güllələyir, əhaliyə divan tutur. Üstəlik işğalçılıq siyasəti yeridir. Amma təcavüzkara güldən ağır söz deyən yoxdur:
"Budurmu demokratiya, söz azadlığı? Daha Ermənistanda nə baş verməlidir, Ermənistan nə etməlidir ki, dünya birliyi bu ölkəyə ən ağır sanksiyalar tətbiq etsin? İrəvan illərdir BMT-nin Azərbaycan torpaqlarını işğal etmələri ilə əlaqədər olan qətnamələrə fikir vermir. Orada saxta "seçki”lər keçirilir, etiraz edənlər isə güllələnir, amma nəticə? Yenə də susqunluq və ikili standartlar! Ermənistana bir söz deyilmir, amma əvəzində başqa ölkələrdə xırda məsələlər həddindən artıq şişirdilir, az qala faciə kimi qələmə verilir”.
Analitik xatırladıb ki, bu, Ermənistanda baş verən ilk hadisə deyil. 2017-ci ilin martında həbsxanada aclıq aksiyası keçirən siyasi məhbus Artur Sarkisyan da ölmüşdü:
"Hətta o zaman müxalifətdən olan deputat Nikol Paşinyan Sarkisyanın öldüyü xəstaxanını ziyarət etmiş, onun haqqında danışmışdı. Paşinyan Sarkisyanı "milli dəyərlərin müdafiəçisi” kimi təqim edib, cəmiyyətin belə insanların müdafiə etməsini səsləndirmişdi. Həmin Paşinyan bu gün Ermənistanın başındadır və vəziyyət də bu cürdür. Yenə də siyasi məhbuslar ölür. Ancaq Ermənistana bu məsələlərə görə Qərb heç nə demir. Xristian klubu olan Avropa Parlamenti Ermənistanda insan hüquq və azadlıqlarının pozulmasına fikir vermir”.
Qeyd edək ki, ATƏT PA-nın vitse prezidenti Azay Quliyev Ermənistanda həbsxanada ölən jurnalist, siyasi məhbus Mqer Yeqizaryanla bağlı məsələni ictimailəşdirmiş və beynəlxalq təşkilatların bu dəhşətli hadisyə laqeyd qalmasını qəbul edilməz olduğunu bildirmişdi. Azərbaycan tərəfinin müraciətlərindən sonra ATƏT PA məsələyə münasibət bildirərək narahatlığını ifadə edib və rəsmi İrəvandan məhbusun ölümü ilə bağlı izahat istəyib. Qurumun İnsan hüquqları və demokratiya Komitəsinin sədri Marqareta Helen Keyner Ermənistanda aclıq aksiyası nəticəsində həbsxanada ölən jurnalistlə bağlı rəsmi İrəvana məktub göndərib.
İsmayıl