Ermənistanda XİN rəhbəri dəyişdirildi





Ermənistan prezidenti Armen Sarkisyan xarici işlər naziri vəzifəsinə Zoqrab Mnatsakanyanın təyin edilməsi haqqında fərman imzalayıb.
APA-nın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, təyinat baş nazir Nikol Paşinyanın təklifi əsasında baş tutub.


Xatırladaq ki, 2008-ci ildən Ermənistan XİN rəhbəri vəzifəsində Edvard Nalbandyan çalışıb.