Ermənistandan Azərbaycan sərhədində təxribat: Rusiyalı hərbçilərə atəş açdılar
09:23 22.04.2021
Arxiv
489
Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.
Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.
Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.
Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.
Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.
Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dövlət Xidmətinin dörd vəzifəli şəxsi həbs edilib - YENİLƏNİB
21:19 23.04.2026
Hadisə
Pəhləvinin "azad İran" vədləri inandırıcı deyil - ŞƏRH
19:15 23.04.2026
Gündəm
Dua Lipa evlənir!
18:45 23.04.2026
Şou
Ebru Gündeşdən sürpriz: Yeni görünüşü sosial medianı silkələdi
18:42 23.04.2026
Şou
Derbi öncəsi gərginlik: "Fənərbağça"dan Dursun Özbəkə cavab gəldi
18:37 23.04.2026
Futbol
İranın yeni müharibə planı: bu hədəflər vurulacaq!
18:29 23.04.2026
Dünya
İrlandiya parlamentariləri Xankəndiyə səfər ediblər
18:21 23.04.2026
Siyasət
İTV-nin baş direktoru vəzifəsinə sənəd qəbulu elan edilib
18:14 23.04.2026
Media
Berlində qalmaqal: Pəhləviyə hücum - üzərinə qırmızı maye atıldı
18:07 23.04.2026
Gündəm
ABŞ Prezidenti: İranın liderinin kim olduğu məlum deyil
17:59 23.04.2026
Gündəm
Azərbaycan-Latviya münasibətlərində yeni mərhələ
17:59 23.04.2026
Gündəm
Rumıniyada baş nazirin müavini və altı nazir istefa verib
17:53 23.04.2026
Dünya
Baş Prokurorluqda geniş Kollegiya iclası keçirilib
17:27 23.04.2026
Gündəm