"Əsas olan ilk oyunda qələbə qazanmaqdır"

"İnşallah, axıra kimi də yaxşı gedərik”




Bugün Avropa oyunlarının ilk günündə basketbolçularımız yarışlara qatılıb. İlk turda komandamızın rəqibi Çexiya millisi olub. Gərgin keçən oyunun millimizn qələbəsi ilə başa çatıb. Bir hissədən ibarət olan basketbolun 3x3 növündə yığmamız 25 dəqiqə ərzində səbətdən çexlərdən daha çox top keçirdərək 17:14 hesabı ilə ilk oyununda qələbə qazanıb.
Oyundan sonra basketbolçularımız təəssüratlarını jurnalistlərlə bölüşüb. 14 nömrəli basketbolçumuz Amil Həmzəyev bildirib ki, başlanğıcı yaxşı ediblər : "Rəqib bir qədər tələsik oynasa da, biz səbrlə, sona qədər oynadıq. Ən əsası müdafiədə yaxşı oyun göstərdik. Əsas olan ilk oyunda qələbə qazanmaqdır. İnşallah, axıra kimi də yaxşı gedərik”.
Komandanın digər üzvü 7 nömrəli Orxan Hacıyevin fikirləri isə belə olub: "İlk oyun həmişə çətin olur. Gözlədiyimizdən də çətin oyun oldu. Oyuna bir qədər zəif başlasaq da, sonradan daha yaxşı oynadıq. Əsas necə oynamağımız deyil, əsas olan birinci oyunda qalib gəlməkdir. Çox şadam ki, buna nail olduq. Hazırda əsas hədəfimiz qrupdan çıxmaqdır. İnşallah, hər şey daha yaxşı olacaq”.

Vüqar Şahinoğlu