Əsasnamə təsdiq olunmalıdır
20:33 14.09.2017
Arxiv
546
Bundan sonra təhsilsizlərin dövlət orqanlarında işləməməsinə baxıla bilər
"Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilib. Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov məlumat verib.
Onun sözlərinə görə, dəyişikliyə əsasən yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması prosesinə başlanılıb:
"Dövlət qulluğu haqqında” qanunda inzibati vəzifələr və tələblər konkret müəyyən edilib. Qanunun tələbinə uyğun olaraq, ali təhsili olmayanların dövlət qulluğuna xitam verilir”.
Əsasnaməyə dəyişiklik edilməzdən qabaq işə qəbul olan şəxslərin taleyi isə sual altında qalır. Görəsən, qəbul edilən yeni əlavə və dəyişikliklər nə dərəcədə ədalətlidir? Uzun müddət dövlət qulluğunda xidmət göstərən şəxslərin işdən azad olunması məqbul hesab edilə bilərmi?
Məsələnin qanunvericilik müstəvisində həll edilməli olduğunu deyən hüquq müdafiəçisi İradə Cavadova "Şərq”ə bildirib ki, yeni dəyişikliklər insan hüquqlarının pozulmasına gətirib çıxara bilər:
"Əgər Əsasnamədə birmənalı olaraq qeyd olunsa və təsdiqlənsə ki, bu şəxslər ali təhsilli olmalıdır, onda yerli icra hakimiyyəti orqanları öz qaydalarına uyğun olaraq işçiləri qəbul etməlidir. Əsasnamədə yeniliklər olmamışdan qabaq dövlət qulluğunda çalışan işçilər əmək hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət edə bilərlər. Çünki onlar işə qəbul olan zaman o cür dəyişikliklər mövcud deyildi. Bu, sonradan qəbul olunan qərardır.
Tutaq ki, işçiyə hansısa vəzifə həvalə olunub və hökmən ali təhsilin lazım olub-olmaması qanunvericiliyə müvafiq olaraq araşdırılmalıdır. Əvvəlcə insanları işə dəvət edib, sonra da "sənin ali təhsilin yoxdur, işdən azad olunursan” demək də düzgün olmazdı. Yenə deyirəm, Əsasnamə təsdiq ediləndən sonra, işçilərin ixtisarı ilə bağlı bütün prosedurlar qanunvericiliklə həll edilməli və onlara müavinətlər ödənilməlidir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hande və CeyLo bir arada
05:05 25.09.2026
Şou
Müasir insanın bu 7 vərdişi onu xəstə edir
04:24 25.09.2026
Sağlamlıq
Azərbaycan daha üç ölkə ilə viza tələblərini sadələşdirib
03:03 25.09.2026
Siyasət
Sin Cinpin və Donald Tramp Ukrayna və Yaxın Şərqi müzakirə edib
01:59 25.09.2026
Dünya
Tiktok bu ölkədə 16,8 milyon dollar cərimə ödəyəcək
01:21 25.09.2026
Texnologiya
Netanyahu: İran hökumətinin süqutu yalnız zaman məsələsidir
00:59 25.09.2026
Gündəm
Türkiyəli nazir istefa verib? - Özü açıqladı
23:55 24.09.2026
Gündəm
Bu bürclər edilən səhvi heç vaxt unutmur - Siyahıda 3 bürc
23:31 24.09.2026
Cəmiyyət
Pakistan və İran liderləri regional vəziyyəti müzakirə ediblər
22:36 24.09.2026
Gündəm
Ərdoğandan Paşinyana mühüm mesaj: Bakı-İrəvan sülhünə dəstək
22:20 24.09.2026
Gündəm
Ərdoğan: Türkiyə iqtisadiyyatına risk yoxdur
21:59 24.09.2026
Gündəm
Nazirlər Kabinetində geniş iclas keçirildi
21:06 24.09.2026
Aktual