Novruz Məmmədovun davranışı geniş planda ictimai inamı artırır və dövlət-vətəndaş münasibətlərində daha sağlam vəziyyətin yaranmasını şərtləndirir
Əsl nümunə...
06:56 31.07.2018
Arxiv
774
Baş nazir avtomobilini saxladıb, bir vətəndaşı ölümdən xilas etdi
Novruz Məmmədovun davranışı geniş planda ictimai inamı artırır və dövlət-vətəndaş münasibətlərində daha sağlam vəziyyətin yaranmasını şərtləndirir
Novruz Məmmədovun davranışı geniş planda ictimai inamı artırır və dövlət-vətəndaş münasibətlərində daha sağlam vəziyyətin yaranmasını şərtləndirir
İki gün əvvəl bir nəfər intihar məqsədi ilə "Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün üstünə çıxıb. Bir müddət keçdikdən sonra məlum olub ki, intihar etmək fikrinə düşən şəxs 1969-cu il təvəllüdlü Tovuz rayon sakini Yaşar Əhmədovdur. Hazırda paytaxtda fəhlə kimi çalışan Y.Əhmədov ailə münaqişəsindən dolayı ölümə əl atıb.
Çıxış yolunu isə körpüyə çıxaraq özünü atmaqda görüb. Lakin "qəhrəmanımızın” cəhdi baş tutmayıb. Buna səbəb həmin ərazidən təsadüfən baş nazir Novruz Məmmədovun öz korteci ilə keçməsi olub. İnsanların toplandığını görən baş nazir sürücüsünü durduraraq hadisə ilə maraqlanıb. Vətəndaşın intihar məqsədi ilə körpüyə çıxdığını bilən Novruz Məmmədov onunla telefon əlaqəsi saxlayıb. Məlum olub ki, Y.Əhmədov həyat yoldaşının boşanmaq istəməsinə etiraz olaraq, intihar etmək istəyib. Ancaq baş nazir telefonla danışdığı şəxsi intihar fikrindən daşındırmağa nail olub. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli də məlumatı təsdiqləyib. O bildirib ki, səhər tezdən baş nazir işə gələrkən ona məlumat verilib ki, körpünün üstündə bir nəfər intihara cəhd edir. Yəni baş nazir başqa yolla getməsinə baxmayaraq, hadisəni eşidən kimi göstəriş verərək körpünün yanına gedib. A.Əlinin sözlərinə görə, N.Məmmədov intihara cəhd edən şəxsin probleminin nədən ibarət olduğunu, ona necə kömək edəcəyini soruşub. Baş nazir həmin şəxslə həm də psixoloji söhbət aparıb. Daha sonra hadisə yerinə intihara cəhd edən şəxsin xanımı da dəvət edilib. Xatırladaq ki, buna bənzər hadisə bir müddət əvvəl Türkiyədə də baş verib. O zaman baş nazir olan Binəli Yıldırım intihar etmək istəyən bir şəxsi fikrindən daşındırmağı bacarıb. Yıldırım problemli vətəndaşın işini həll edərək, onun "ömrünü uzadıb”. İctimaiyyət nümayəndələrinə görə, baş nazir Novruz Məmmədovun nümunəvi davranışı digər məmurlara örnək olmalıdır. Ekspertlərin fikrincə, insanları intihara sürükləyən başlıca səbəblərdən biri də ətraf mühitin biganəliyidir.
Olayla bağlı "Şərq”ə fikirlərini bölüşən Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq-jurnalist Elçin Bayramlı xatırladıb ki, intiharların 99 faizi psixoloji problemlərdəndir. Onun fikrincə, sosial problemlərdən qaynaqlanan motivlərin payı 1 faiz də deyil:
"Son vaxtlar qlobal mənəvi-psixoloji təzyiq güclənib və bütün cəmiyyətlərdə, o cümlədən Azərbaycanda intihar hallarının sayı artıb. Bunun səbəbləri çox uzundur, bir-bir sadalamaq istəmirəm. Baş nazir Novruz Məmmədovun bir vətəndaşı ölümdən xilas etməsi olduqca mühüm hadisədir. Ümumiyyətlə, yüksək rütbəli məmurun belə hərəkəti həm insani cəhətdən, həm də cəmiyyətə bir dövlət məmuru nümunəsi baxımından çox təqdirəlayiqdir. Təcrübə göstərir ki, belə hallarda intiharın qarşısını almaq olur. Şəxsin ehtiyacı müqabilində hansısa probleminin yerindəcə həll edilməsi o insanı cəmiyyətə qaytarır, yenidən "dirildir”. Bu cür davranış geniş planda ictimai inamı artırır və dövlət-vətəndaş münasibətlərində daha sağlam vəziyyətin yaranmasını şərtləndirir. Arzu edərdim ki, digər bütün dövlət məmurları da baş nazirin bu addımından nümunə götürsünlər”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya