“Həmin murdar ət satan adamların Bakıda şadlıq sarayları, bahalı avtomobilləri, villaları var. Bəzilərinin adları bizə məlumdur”
Ətlərin üstündəki möhürlər yalançı möhürlərdir
20:18 28.01.2016
Arxiv
971
Bazarlarda 5 kq. təzə ət verəndə 2 kq. da leş əti qatırlar
“Həmin murdar ət satan adamların Bakıda şadlıq sarayları, bahalı avtomobilləri, villaları var. Bəzilərinin adları bizə məlumdur”
“Həmin murdar ət satan adamların Bakıda şadlıq sarayları, bahalı avtomobilləri, villaları var. Bəzilərinin adları bizə məlumdur”
Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov əhalini ət alarkən diqqətli olmağa çağırıb. Ekspert bildirib ki, ölkədə mal, qoyun əti az istehsal olduğu üçün bəzi işbazlar xəstə, şikəst və ölmüş at leşini mal əti adı ilə Bakı və Sumqayıt şəhərlərində keçirilən kənd təsərrüfatı yarmarkalarında ucuz qiymətə əhaliyə satırlar:
"Elə ona görə də yarmarkalarda satılan ətin qiyməti ucuzdur. Təxmini hesablamalarımıza görə, hər ildə 1500 tondan çox at əti kasıb əhali tərəfindən istehlak olunur. Ət alarkən diqqətli olun!”. Məlumat üçün deyək ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin son günlər mənşəyi məlum olmayan ətlərin satış məqsədilə paytaxta gətirldiyini sübut edən faktlarla çıxış etməsi xəbərdarlığın əbəs olmadığını deməyə əsas verir.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da "Şərq”ə təsdiqləyib ki, bazarlarda ət satışında özbaşınalıq hökm sürür: "Neçə ildir ki, xüsusilə, Muğan bölgəsindən Bərdəyə qədər əhatə edən zonalarda leş yığan dəstə fəaliyyət göstərir. Həmin dəstə leşləri təşkil olunmuş şəkildə Gəncəyə, Bakıya, Sumqayıta daşıyıb, şadlıq saraylarına, kolbasa sexlərinə, dönərxanalara, restoranlara satırlar. Bizim təşkilatda həmin müəssisələrin siyahısı da var. Saatlıdan bir fermer rəsmi şəkildə AİB-ə məktub göndərmişdi. Məktubda yazılır ki, fermerin bir inəyi xəstəlikdən ölüb. Onu itlər yeyib xəstələnməsin deyə, uzaq bir dərəyə atıb. Fermer yazır ki, leş yığanlar murdar olmuş cəmdəyi gəlib aparıblar. Bizdən bunun qarşısının alınmasını xahiş edir. Əlimdə olan faktları toplayaraq, o zaman xüsusi xidmət orqanlarına müraciət etdim ki, leş yığanlar şəbəkəsi ifşa olunsun. Müraciətdə leş ətlərin 4-cü mikrorayonda yerləşən deposu barədə də məlumat vermişdik. Guya həmin depoda kimyəvi təmizləmədən keçir. Həmin yerləri müəyyənləşdirib barəsində xüsusi orqanlara məlumat göndərdik”.
Təşkilat sədri vurğulayıb ki, onun müraciətinə yalnız Bakı Şəhər Baş Polis İdarəsi reaksiya verib: "Polis İdarəsindən dedilər ki, digər dövlət qurumlarının rəyi olmalıdır. Standartlaşma, Patentləşmə və Metereologiya üzrə Dövlət Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin yüksək çinli məmurları ilə görüşdüm. Bəlli oldu ki, onların bundan xəbəri var. Çox çalışsam da bu məsələdə dövlət orqanlarının birgə fəaliyyətinə nail ola bilmədim. Müəyyənləşdirdiyim depolarda araşdırma aparılması üçün heç bir dövlət orqanı irəli keçmədi”.
Ekspert onu da əlavə edib ki, bunyavirus xəstəliyindən ölmüş heyvanların da leşləri bazarda satılır: "Leş ətlərinin kolbasa sexlərinə, dönərxanalar, bir sıra şadlıq saraylarına gətirilməsi sözsüzdür. Həmin murdar ət satan adamların Bakıda şadlıq sarayları, bahalı avtomobilləri, villaları var. Bəzilərinin adları bizə məlumdur. Təəssüf ki, dövlət orqanları bizim müraciətlərə diqqət yetirmirlər”.
AİB sədri leş ətlərin təzə ətlərdən seçməyin çətin olduğunu bildirib: "Bazarlarda qarışdırırlar. 5 kq təzə ət verəndə 2 kq-ni leş əti ilə qarışdırırlar. Səhər tezdən "Kolxoz” bazarına gedəndə cəmdəklərin üzərinə baytar möhürünün vurulduğunu görərik. Bizdə olan məlumata görə, həmin möhürlər ətsatanların özlərində var. Guya səhərə kimi baytarlar ekspertiza aparıb. Hamısı yalançı ekspertizadır. Baytarlar əhalinin inamını qazanmalıdır ki, vətəndaşlar onların möhürünə inansın”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi