"Evi olan da olmayan da ev istəyir, amma..." - Vüqar Rəhimzadə
11:49 13.06.2017
Arxiv
1604
"...Ədalətlilik prinsipini itirmək olmaz"
"İştirak etdiyim redaksiyaların hamısında çox ədalətli və obyektiv seçim olub. Ümumiyyətlə, şərtlər çox ədalətlidir. Bütün istəkləri ödəyəcək meyarlardır".
Bunu Sherg.az-a jurnalistlər üçün nəzərdə tutulan mənzillərin bölgüsü ilə bağlı redaksiyalarda keçirilən iclaslar barədə danışarkən"İki Sahil” qəzetinin baş redaktoru, həmin mənzillərin bölüşdürülməsi ilə bağlı Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF)tərkibində yaradılan komissiyanın üzvü Vüqar Rəhimzadə deyib.
O bildirib ki, kimsə çox şey deyə və istəyə bilər, amma hər bir məsələyə ədalətli yanaşmaq lazımdır:
" Tətbiq olunmuş şərtlər çox obyektivdir. Bu məsələ ilə bağlı KİVDF rəhbəri hörmətli Vüqar Səfərli və onun rəhbərlik etdiyi komissiya iclaslarda iştirak edirlər və obyektiv mövqe ortaya qoyur. Təxminən 20-ə yaxın redaksiyada iştirak etmişəm, hətta 20 - dən artıq. Hamısında dəqiq və ədalətli seçim olub. Evi olan da olmayan da ev istəyir, amma ədalətlilik prinsipini itirmək olmaz. İlk növbədə həqiqi ehtiyacı olanlar nəzərə alınmalıdır. Bu, şərtlərdə də göstərilib. Dövlət qarşısında xidmətləri olan insanlar nəzərə alınmalıdır. Redaktor da kimin yaxşı və pis işçi olduğunu bilir. İştirak etdiyim redaksiyalarda namizədlərlə bağlı təqdim olunan siyahılar səsə qoyulur və yekdilliklə qəbul olunur. Bunun nəyi pisdir ki. Kimsə fərd olaraq nəyisə narazılıqla qarşılayırsa, problemi özündə axtarsın".
Baş yazar jurnalistlərin mənzillə təminatı məsələsinə diqqət ayırdığı üçün Prezident İlham Əliyevə təşəkkür edib:
"Bir daha cənab Prezidentə təşəkkürlərimi ifadə edirəm. Doğrudan da məlum addım jurnalistikaya və bu sahədə çalışan bütün insanlara xüsusi önəmin və diqqətin göstəricisidir. Bu, dünya tarixində analoqu olmayan hadisədir ki, jurnalistlərə mənzillər verilir. Hamımız prezidentimizə minnətdarıq. Allah onu var eləsin. Allah canını sağ eləsin. Bu seçimdə də kimin haqqı və zəhməti varsa, nəzərə alınacaq.
Qeyd edək ki, son günlər mənzil bölgüsü ilə bağlı redaksiyalarda müəyyən narazılıqlar yaranıb. Hətta bəzi jurnalist və redaktorlar seçimlərə narazılıq ifadə edərək iş yerini tərk edib və başqa redaksiyalarda işə cəlb olunublar.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yaxın 4 ildə müdafiə və milli təhlükəsizlik xərcləri azaldılacaq
18:16 15.04.2026
Aktual
Azərbaycan qlobal maraqların kəsişdiyi mərkəz olur - ŞƏRH
17:57 15.04.2026
Siyasət
Azərbaycan-Aİ münasibətlərinin vəziyyəti nəzərdən keçirilib
17:46 15.04.2026
Gündəm
Azərbaycanın Türkiyədəki səfirliyi qardaş ölkəyə başsağlığı verdi
17:02 15.04.2026
Aktual
Bu tədbirlərdə siqaretdən istifadə qadağan olundu
17:00 15.04.2026
Gündəm
İndoneziya səfiri Xankəndiyə səfər edib - FOTO
16:54 15.04.2026
Gündəm
Şəhərlər piyadaya yox, avtomobillərə uyğun qurulur - Mütəxəssis
16:47 15.04.2026
Aktual
Cənubi Qafqazda böyük güc savaşı başlayır - POLİTOLOQ
16:30 15.04.2026
Cənubi Qafqaz
Tramp: Hörmüz boğazı daha heç vaxt bağlanmayacaq
16:18 15.04.2026
Siyasət
Starmer: İranla müharibəyə girməyəcəyik
16:13 15.04.2026
Gündəm
Tülpanların fəryadı
15:45 15.04.2026
Cəmiyyət
Milli Məclisdə görüş keçirildi
15:30 15.04.2026
Gündəm
Paşinyan: TRIPP layihəsi icra mərhələsinə keçir
15:22 15.04.2026
Gündəm
Hidrometeorologiya Xidməti: Bakıya dolu nadir hallarda yağır
14:31 15.04.2026
Ekologiya