Evlənmək istəyən 2 mindən artıq şəxsdə müxtəlif xəstəliklər aşkarlanıb
09:57 07.09.2019
Arxiv
429
"Evlənəndə yaşım az olduğu üçün başım çıxmırdı, tibbi müayinədən keçmədim"
ARB TV xəbər verir ki, bu il nikaha daxil olmaq istəyən 2 mindən artıq şəxsdə müxtəlif xəstəliklər aşkarlanıb.
Tallesemiya, QİÇS, Siflis kimi təhlükəli xəstəliyin daşıyıcısı olan şəxslər təbii ki, tərəf müqabilləri həmçinin doğulacaq övladlarının sağlamlığı üçün da təhlükə yaradır. Təəssüf ki, belə halla qarşılaşan cütlüklər çox az halda nikahdan imtina edir. Bəzən də erkən və müayinədən keçmədən qurulan nikahlar bu xəstəlikdən əziyyət çəkənlərin sayını gün-gündən artırır.
Bağdasər İsayeva - Valideyn: "15 yaşımda ailə qurmuşam. Evlənəndə yaşım az olduğu üçün başım çıxmırdı, ona görə də tibbi müayinədən keçmədim. 2 il əvvəl qızımın leykoz xəstəliyindən əziyyət çəkdiyini öyrəndim. Xəstəliyin irsi keçdiyini dedilər. Məncə, evlənməzdən əvvəl hər kəs tibbi müayinədən keçməlidir. Çünkü biz özümüzün yox övladlarımızın həyatını məhv edirik".
Bəli, Bağdasər xanımın dediyi kimi, gənc yaşlarında sırf istək, məhəbbət, qovuşmaq xatirinə ailə quranlar heç də az deyil. Cütlüklərin böyük əksəriyyəti evlənməzdən əvvəl həkim müayinəsindən də sırf məcburi olduğu üçün keçirlər. Nəticəsi isə çoxlarını evlənmə qərarından daşındırmır.
Aysel Erdoğan - Elmi-Tədqiqat Hematalogiya və Transfuziologiya İnstitutunun Şöbə Müdiri: "Əgər cütlüyün hər ikisində talesemiya daşıyıcılığı aşkarlanıbsa, bu, uşağın 25 faiz xəstə doğulma ehtimalı var deməkdir. Daşıyıcı cütlüklərə bizim məsləhətimiz olur ki, evlənməsinlər. Yox əgər onlar sırf ailə qurmaq qərarına gəliblərsə, bu fikirdə qəti qərarlıdırlarsa onlarla mütəmadi əlaqə saxlayırıq".
Bu ilin 8 ayı ərzində nikaha daxil olmaq üçün 92 min 340 nəfər müayinədən keçib. Onlardan 2313 nəfərdə talassemiya daşıyıcılığı aşkarlanıb. Hər ikisində talassemiya daşıyıcılığı olan cütlüklərin sayı isə 30 olub. Bundan başqa 142 nəfərdə sifilis, 94 şəxsdə isə QİÇS müəyyən edilib.
Natiq Zülfüqarov - QİÇS-lə Mübarizə Mərkəzinin Şöbə Müdiri: "Bu xəstəliyin ən geniş yayılmış növü cinsi yolla yoluxmadır. Sözsüz ki, gec ya tez onların 90 faizi bu infeksiyaya öz partnyorları tərəfindən yoluxurlar. Övladlar isə anasından bu xəstəliyə 3 dövrdə yoluxa bilərlər. Hamiləlik dövründə, doğuş zamanı və analar ana südü uşaqlarına bu xəstəliyi keçirə bilər".
Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi 2015-ci ildən tətbiq olunur. Lakin çox təəssüf ki, hər hansı xəstəlik aşkarlandığı halda qanun cütlüklərin evlənməsinə qadağa qoya bilmir. Bu yerdə artıq şəxsi vicdan işə düşməlidi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual