Evlənmək istəyənlər tələssinlər: “Neftin qiymətinin yüksək olması qızıl və gümüşü ucuzlaşdırır”
11:31 03.08.2018
Arxiv
616
"Ölkəmizdə qızıl və gümüşün ucuzlaşmasının kökündə dayanan əsas amil odur ki, bir neçə müddət ABŞ valyutası möhkəmlənmə prosesini dayandırıb, çünki neftin qiyməti stabildir”.
Bu sözləri "sherg.az"a qızıl və gümüşün ucuzlaşması ilə bağlı danışarkən iqtisadçı-ekspert Pərviz Heydərov deyib.
İqtisadçının sözlərinə görə, yaxın gələcəkdə neftlə bağlı verilən proqnoz ondan ibarətdir ki, qiymətlər 60 dollardan aşağı düşməcək:
"Bu da avtomatik olaraq investorlarda qızıl və gümüş alışına marağı azaldıb. Ona gör də onların qiyməti ucuzlaşıb. Lakin ucuzlaşma uzun müddət davam edə bilməz, bunun da müəyyən həddi var. Proses hər zaman belə müşahidə olunub, bundan sonra da belə olacaq.
Qızıl və gümüş kimi qiymətli metalların dünya iqtisadiyyatında əsas rolu və əhəmiyyəti investisiya yatırmaq, müvafiq maliyyə dayanıqlıqlarını təmin etməkdən ibarətdir. Ötən illər ərzində qızılın və gümüşün qiymətlərinin artması və ucuzlaşması dinamikasına fikir verəndə görürük ki, hər zaman neftin qiyməti ucuzlaşanda bu məhsulların qiyməti artır, neftin qiyməti yüksək olanda və ya sabit qaldıqda isə qiymətlərdə ya ucuzlşama olur, ya da heç bir dəyişiklik baş vermir.
ABŞ valyutası həmişə möhkəmləndikdə neftin qiyməti aşağı düşür, qızıl və gümüşün qiymətində isə bahalaşma olur. Düzdür, bu o qədər də yüksək templi xarakter daşımır, amma hiss olunur ki, ABŞ valyutası dəyərə minəndə əhəmiyyətli rol oynayan investorlar öz vəsaitlərini qızıla və gümüşə yatırırlar”.
Qeyd edək ki, avqustun 2-də qızılın qiyməti avqustun 1-i ilə müqayisədə 3,876 manat azalaraq 1 troy unsiyası üçün 2071,875 manat təşkil edib.
Gümüş 0,0997 manat ucuzlaşaraq 1 unsiya üçün 26,1991 manata bərabər olub.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya