Evlilikdə 25 ilini tamamlayan qadınlar təqaüdçü ola biləcək





Türkiyədə sığortalı olmayan evdar qadınların təqaüdçü ola bilməsi üçün Məclisə qanun təklifi verilib. Təklif qanunlaşsa, evliliklərində ən az 25 ilini tamamlayan qadınlar faydalana biləcək.


CHP-li millət vəkil sığortalı  olmayan qadınların təqaüdçü ola bilməsi üçün Məclisə qanun təklif edib. Təklifdə təqaüdçü ola bilmək üçün qadınlara 25 ili evli qalma şərti qoyulur.


CHP-nin Antaliyalı millət vəkili Niyazi Nefi Kara, Sosial sığortalar və Ümumi Sağlamlıq Sığortası qanununda dəyişiklik edilməsinə dair qanun təklifini TÜRKİYƏ BÖYÜK MİLLƏT MƏCLİSİNƏ  təqdim edib. 


Təklifə görə, SGK ilə hər hansı bir bağı olmayan qadınlardan, evliliklərində ən az 25 ilini tamamlamış şərti  qoyulur. Heç bir şəkildə aylıq və gəlir almağa  haqq qazanmamış olanlar, qanunda təyin olunan yaş sərhədi və mükafat gün sayı əsas alınmaq şərtiylə və qanunda təyin olunan qazanc sərhədləri içində hesablanacaq məbləğləri nəğd ödəyərək və ya borclanaraq yaşlılıq pensiyası  haqqı qazanacaq.