Eynulla Fətullayevin saytlarının fəaliyyəti tam bərpa olunub
20:59 08.02.2016
Arxiv
933
Bir sıra problemlərə görə fəaliyyəti məhdudlaşan və işçi heyətində ixtisarlar aparılan haqqin az və virtualaz.org saytları öz fəaliyyətlərini tam şəkildə bərpa edib.
Bu barədə musavat.com-a adları qeyd olunan saytların təsisçisi və baş redaktoru, araşdırmaçı-jurnalist, Eynulla Fətullayev məlumat verib. O, bildirib ki, saytların yayımına əngəl olan bütün problemlər yoluna qoyulub, ixtisar olunan işçilər geri çağırılıb: "Artıq 9 fevraldan etibarən bizim saytlar tam gücü ilə və əvvəlki kursla fəaliyyətini davam etdirəcək. İşçilər də geri çağırılıb, bu prosesdə kadr itkilərimiz də olmadı ”.
Xatırladırıq ki, təxminən bir həftə əvvəl haqqın.az və virtualaz.org saytlarının işçilərinin əksəriyyəti öz hesablarına məzuniyyətə göndərilmiş, yayın orqanlarının konsepsiyasında ciddi dəyişiklik həyata keçirilmişdi. Belə ki, ölkənin online mediası arasında öndə gələn bu saytlar özəl xəbər və reportajlardan imtina etmiş, ancaq rəsmi xəbərlərin yayımı ilə məşğul olurdular. Bu hadisə ölkənin ictimai-siyasi həyatında ən çox müzakirə olunan mövzulardan biri idi.
Saytların rəhbəri Eynulla Fətullayev çoxsaylı müzakirələrə kiçik bir açıqlama və həbsxanada çəkdirdiyi bir fotosunu yayınlamaqla cavab vermişdi. Bunların da xüsusi mənası bu idi: "mən heç nədən vaz keçməyəcəm, ayaqdayam, hər dəfə olduğu kimi, yenə sıraya dönəcəm...”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat