Facebook tanışlıq servisini işə saldı
04:52 10.09.2019
Arxiv
518
Facebook şirkəti öz sosial şəbəkəsinin daxilində olan Dating adlı tanışlıq servisini ABŞ-da istifadəyə verdi. Bu barədə Techcrunch saytı xəbər verib. Sözügedən servisdən 18 yaşına çatmış istənilən şəxs istifadə edə bilər. Dating-də qeydiyyatdan keçən zaman Facebook sadəcə olaraq istifadəçinin sosial şəbəkədəki adını və yaşını istifadə edir. Bu ilin sonuna kimi isə istifadəçilər həmin servisə Facebook və Instagram-dakı Stories paylaşımlarını inteqrasiya edə biləcəklər.
Dating istifadəçiləri həmin servisdə öz dostlarını və istəyə uyğun olaraq dostlarının dostlarını görməyəcəklər. Bununla belə servisdə Secret Crush adlı funksiya var. Bu funksiya vasitəsilə istifadəçi Facebook-dakı dostuna və ya Instagram-dakı abunəçisinə ünsiyyət yaratmaqda maraqlı olduğunu bildirən anonim bildiriş göndərə bilər. Əgər ikinci şəxs də eyni bildirişi göndərsə, servis həmin insanların ünsiyyət yaratmalarına imkan verəcək. Dating servisində istifadəçilər özləri üçün partnyor axtarışı üzrə konkret axtarış kriteriyalarını təyin edə bilərlər. Məsələn partnyorun cinsi, yaşı, dini baxışı, ona qədər olan məsafə və s. üzrə axtarış kriteriyalarını təyin etmək mümkündür.
Milli.Az technote.az-a istinadən bildirir ki, servisdə yalnız mətn formatlı mesajlar vasitəsilə ünsiyyət yaratmaq olar. Facebook-un verdiyi məlumata əsasən Dating servisində istifadəçilərə partnyorların təklif edilməsi sistemi həmin istifadəçilərin Facebook-dakı maraqları, nəyə üstünlük vermələri və davranışları əsasında çalışır. Şirkət servisin alqoritmlərinin necə çalışdığı barəsində tam məlumat verməyib. Qeyd etmək lazımdır ki, şirkət bu servisi hələ 2018-ci ildə anons etmişdi. ABŞ-dan başqa bu servis həmçinin Kolumiya, Meksika, Braziliya, Kanada, Tayland, Vytenam və digər ölkələrdə də çalışır. Şirkət söz verib ki, gələn ilin əvvəlində servisi Avropada da istifadəyə verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region