Faceookda dərdini yazdı

Sevgilisini telefonla danışdığı yerdə qana boyadılar
Universitet tələbəsi olan Dilay Gül Boluda platonik eşq yaşayan qurup yoldaşı tərəfindən vəhşicəsinə öldürüldü. Hadisə zamanı Gül ilə telefonda danışan sevgilisi Sait Çifçi isə yaşanan hər şeyə şahid oldu. Polisə verdiyi səs qeydiylə qatil şübhəlisinin tutulmasına yardımcı olan Çifçi, Faceookdakı hesabından duyğulandıran bir mesaj yaydı...
Boluda universitet tələbəsi 21 yaşlı Uğur A., "platonik aşiq” olduğu qrup yoldaşı 21 yaşlı Dilay Gülü sevgilisi ilə telefonla danışdığını görərək ona bıçaqla hücum etdi. Dəfələrlə bıçaqladığı gənc qızın boğazını kəsərək öldürən Uğur A. hadisə yerindən qaçıb. Cinayət törədilən zaman Dilay Gülün telefonda danışdığı sevgilisi də qışqırıqları eşidib. Polis, Dilay Gülün telefonundan ən son danışdığı adamı axtararkən, gənc qızın sevgilisi cinayət hadisəsini izah etdi. Dilay Gülün sevgilisinin telefon danışıqlarını yazması cinayətin qısa müddətdə açılmasına yardım etdi. Qeyddə, Dilay Gül yanına gələn adamın Uğur olduğunu söyləməsindən sonra polis qrupları gənc qızla eyni qrupda olan Uğur A.ı evinin yaxınında tutaraq nəzarətə götürdü. Uğur Aydemir qanlı paltarlarını çıxararkən, polis ələ keçirdi. Dilay Gülün ölümündən sonra sevgilisi Sait Çifçi, Faceookdakı hesabında, "Səni sevdiyim kimi heç kimi, heç bir şeyi sevmədim. Bunu sənə dəfələrlə söyləmişdim, gülüm. Lakin indi insanların bir şey olmamış kimi davranmaları canımı daha da çox yandırır. Halbuki mənim işığım söndü, dünyam qaraldı. Həyata sevincim səninlə birlikdə getdi” paylaşmasını edib. Sait Çifçinin profil fotoşəkilində Dilay Gül ilə birlikdə çəkdirdiyi şəkil də yer alıb.