Faizlərin aşağı salınması gözlənilmir
21:38 27.01.2016
Arxiv
823
Müsbət hal odur ki, ipoteka ilə daha bahalı mənzil almaq mümkün olacaq
"Gələn aydan ipoteka kreditləri yeni əsasda veriləcək”. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov məlumat verib. O bildirib ki, Maliyyə Nazirliyi tərəfindən ipoteka kreditlərinin güzəşt və kommersiya hissələrinin genişləndirilməsi üzərində işlər aparılır:
"İpoteka kreditlərinin verilməsi üzrə digər ölkələrin təcrübəsi nəzərdən keçirilir və araşdırmalar aparılır. Yəqin ki, yaxın zamanda, ən geci gələn ay ipoteka kreditlərinin yeni əsasda verilməsinə başlanılacaq.
Nəzərdə tutulan dəyişikliyi şərh edən tanınmış iqtisadçı Vüqar Bayramov "Şərq”ə söyləyib ki, MB ipoteka kreditlərin verilməsində maksimum məbləğin artırılması ilə bağlı razılıq əldə edib və bu məbləğin 50 min manatdan yüz min manata qədər artırılması nəzərdə tutulub: "Bu da birbaşa onunla əlaqəlidir ki, ipotekanın maksimum məbləği paytaxtdakı mənzillərin qiyməti ilə tərs mütənasib idi. Bir sözlə, indi vətəndaşların daha baha qiymətə mənzil almasına imkanlar yaradılıb”. Ekspert diqqətə çatdırıb ki, digər məsələlərdən biri də regionlar üçün güzəştlərin müəyyənləşməsidir: "Çünki əvvəllər verilən ipoteka kreditlərinin əksər hissəsi paytaxtın payına düşürdü. Ona görə də, yeni ipoteka proqramında regionların ipoteka kreditlərindən faydalanmasına önəm verilir. Biz də təklif etmişdik ki, hansısa bank bir milyon ipoteka verirsə, onun 5 yüz mini regionların payına düşsün”.
V.Bayramov onu da əlavə edib ki, ilkin ödənişlə bağlı hazırda müzakirələr gedir: "Ona görə ki, ipoteka fondunun yanında ipoteka zəmanət fondu formalaşdırılır. Həmçinin, tikinti əmanət banklarının yaradılması da yeni ipoteka proqramının əsas hədəflərindən biridir. Burada da məqsəd ilkin ödəniş həyata keçirə bilməyən vətəndaşlar üçün güzəştli kreditlərin verilməsindən ibarətdir. Vətəndaş ilkin ödəniş etmədən ipoteka kreditindən faydalana bilsin. Hələlik faizlərin
aşağı salınmasına dair müzakirələr getsə də, bizdə olan məlumata görə, bu məsələ razılaşdırılmayıb. Bazardakı faizlərin uyğunlaşdırılması məsələsi də var”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi