Fazil Mustafa Əhməd bəy Ağaoğluna heykəl ucaldılmasını istədi





Milli Məclisin payız sessiyasının bu gün keçirilən ilk iclasında deputat Fazil Mustafa bir neçə təklif irəli sürüb.

Sherg.az-ın xəbərinə görə, millət vəkili deyib ki, böyük azərbaycanlı şəxsiyyət olan Əhməd bəy Ağaoğluna heykəl ucaldılmalıdır: "

Bu il Ağaoğlunun 150 illik yubileyi tamam olur. Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim Gürcüstandakı indiki situasiyaya, yəni, erməni terrorçusuna qarşı heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı. Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz”.

Bununla yanaşı deputat onlayn media ilə bağlı qanun layihəsinin hazırlanmasını istəyib: "Bu qanunun qəbulu sürətlənməlidir. Yeni qanunun qəbuluna indiki dövrdə ehtiyac var”.

Anar