Fazil Mustafa həmkarının atasına heykəl qoydurmasından danışdı: "Əleyhinə olsam da... "

"... Bu, insanın hüququdursa, ona qarışmaq düzgün deyil”


"İnsanların atasına, yaxınına heykəl qoymasına hüquqi cəhətdən imkan verilirsə, problem yoxdur”.

Bu barədə "Sherg.az”a millət vəkili Rüstəm Xəlilovun Sabirabadda atası Gülabba Xəlilova heykəl qoydurmasına münasibət bildirərkən deputat Fazil Mustafa bildirib.

O qeyd edib ki, dini nöqteyi-nəzərdən belə təm-təraqlı heykəlin qoyulması xoş qarşılanmır:

"Amma hüquqi icazə olduğundan insanların bu cür addımına qarışmaq düzgün deyil. Hüquq bunu qadağan etmirsə və kimsə hörmətini bu şəkildə bildirmək istəyirsə, niyə də olmasın?! Əgər qadağan olunsaydı, başqa ölkələrdəki kimi qəbirüstü abidələrin qoyulmasının, heykəllərin və s. qarşısı alınardı. Prinsipcə, mən də belə heykəllərin əleyhinəyəm. Lakin insanların hüquqlarına da qarışa bilmərəm”.

Paralementarinin fikrincə, bəlkə, deputat atası olduğuna görə deyil, onun rayon qarşısında müyyən xidməti olması səbəbindən heykəl qoyulub:

"Əgər həqiqətən həmin cəmiyyət tərəfindən onun xidmətləri qiymətləndirilirsə, belə addım atılması problem yaratmır. Bu kimi məsələlər adamlara qarşı kampaniya xarakteri daşıdığından üzərində çox dayanmaq olmur. Əleyhinə olsam da, bu, insanın hüququdursa, ona qarışmaq düzgün deyil”.

Qeyd edək ki, qızıl suyuna çəkilmiş heykəl rayonun Nizami kənd bələdiyyəsinin binasının qarşısında ucaldılıb.

Ayyət Əhməd