Fəaliyyətini aktivləşdirməlidir: Azərbaycan Minsk Qrupuna çağış etdi
20:27 11.02.2016
Arxiv
991
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk Qrupu fəaliyyətini aktivləşdirməlidir”. APA-nın ATƏT-in saytına istinadən verdiyi xəbərə görə, bu barədə Vyanada ATƏT-in Daimi Şurasının iclasında Azərbaycan XİN rəhbərinin müavini Araz Əzimov bildirib.
Araz Əzimov çıxışı zamanı Azərbaycanın Minsk prosesinə sadiq olduğunu vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əngəlləməsi və hazırkı status-kvo regional təhlükəsizliyə mənfi təsir edir və regional layihələrin reallaşdırılmasına mane olur”.
XİN rəhbərinin müavini Azərbaycanın terrorçuluq, qanunsuz narkotik vasitələrin dövriyyəsi və radikalizm kimi beynəlxalq təhdidlərlə mübarizədə beynəlxalq normalara sadiq qaldığını olduğunu qeyd edib.
"Həmçinin iqtisadi islahatların aparılması və sərmayə qoyuluşu üçün əlverişli şəraitin yaradılması Azərbaycan üçün prioritet istiqamətlərdən biridir” , deyə Əzimov vurğulayıb.
Korrupsiya ilə mübarizə sahəsində Azərbaycanın elektron dövlət xidmətləri vasitəsilə əldə etdiyi nailiyyətlərindən söz açan XİN rəhbərinin müavini ölkənin bu təcrübə ilə ATƏT-in digər üzv dövlətləri ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Nazir müavini Azərbaycanın Almaniyanın ATƏT məkanında iqtisadi mübadilənin yaxşılaşdırılması üçün stimulların yaradılması istiqamətində səylərini dəstəklədiyini bildirib.
"2016-cı il 25-27 aprel tarixlərində Azərbaycanda BMT-nin Sivilizasiyalar Alyansının yeddinci Qlobal Forumu keçiriləcək. Bu ölkənin mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına növbəti töhvəsi olacaq. Multikulturalizmin təşviqi - Azərbaycanın dövlət siyasətidir”, deyə Əzimov qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat