Fəhlənin yanaraq ölməsinə görə CİNAYƏT İŞİ AÇILDI
15:03 27.07.2018
Arxiv
445
Abşeronda fəhlənin ölümü ilə bağlı araşdırma başlanılıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilmiş və iyulun 26-da orada vəfat edib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq tədbirləri həyata keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm