Fəxriyə Evcen portretini çəkən rəssamın izinə düşdü

Məşhur aktirisa Fəxriyə Evcen, portretini çəkən rəssamın izinə düşüb.
Fəxriyə Evcen, Instagram hesabından bir şəkil paylaşıb və altına da həm ingiliscə, həm türkcə, "Bu rəsmi çəkəni axtarıram” yazıb. Qısa müddətdə Evcenin portretinin məşhur rus rəssamı Karakhan Seferbekov tərəfindən çəkildiyi məlum oldu. Lakin iddiaya görə, Fəxriyə Evcenin bu paylaşmasının ardından Seferbekov bütün ictimai media hesablarını bağlayıb. Seferbekovun Fəxriyə Evcenin başqa portretlərini yaratdığı, ancaq ictimai media hesablarını nə səbəbə bağladığı aydın olmadı.