FHN 3 azyaşlını xilas etdi




Bakı şəhəri, Xətai rayonunda mənzildə 3 nəfər azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və azyaşlıları valideynlərinə təhvil veriblər.
Əməliyyat saat 14:50-də başa çatıb.