FHN dənizdə köməksiz qalmış balıqçıları xilas edib







 Xəzər dənizində köməksiz vəziyyətdə qalmış 2 nəfər balıqçı xilas edilib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Onlar balıqçıları xilas edərək qayığı sahilə çıxarıblar.