
Fikrət Qocaya ağır itki üz verib
07:17 07.05.2019
Arxiv
1134
Xalq şairi Fikrət Qocanın qardaşı, tanınmış tərcüməçi, yazıçı və publisist Hamlet Qoca 77 yaşında dünyasını dəyişib.
"Sherg.az" xəbər verir ki, bu barədə şairin qardaşı oğlu - Babək Qoca feysbuk profilində məlumat verib.
Məlumat üçün bildirək ki, Hamlet Qoca 1942-ci ildə Ağdaşda dünyaya gəlib. Hələ orta məktəbdə oxuduğu illərdən fransız dilinin öyrənilməsinə xüsusi maraq göstərib, sonralar Xarici Dillər İnstitutunun fransız dili şöbəsini bitirib. Bir müddət Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda çalışan Hamlet Qoca 1966-68-ci illərdə Mali Respublikasında tərcüməçi işləyib.

Tərcüməçilik fəaliyyətini davam etdirməklə yanaşı, 1970-80-ci illərdə Azərbaycanın Asiya və Afrika ölkələri ilə həmrəylik Komitəsinin katibi, Əlcəzairdə keçmiş Sovetlərin ölkəsinin səfirliyində bölmə müdiri, Azərbaycan Televiziya və Radio Şirkətində Qərb ölkələri üzrə baş redaktor vəzifələrində çalışıb. Sonralar Milli Məclisinin Beynəlxalq münasibətlər şöbəsində baş məsləhətçi, AzərTAc-da fransız bölməsinin rəhbəri kimi çalışıb. Fransa-Azərbaycan mədəni əlaqələrinin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə, Fransanın yüksək "İncəsənət və ədəbiyyat komandoru” ordeninə layiq görülüb. Azərbaycan-Fransa tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin hazırladığı kitabların fransızca mətninin redaktəsini həyata keçirib. Tələbəlik illərindən tərcümə ilə məşğul olmağa başlayan H.Qoca Azərbaycan dilinə ümumilikdə 14 tərcümə kitabı, o cümlədən Gi de Mopassanın hekayələrini, Jorj Simenonun "Malular ailəsi” romanını, Fransuaza Saqanın "Salam, kədər”, Ann Flippin "Bir göz qırpımı”, Nikol Villelmanın "Samba və Kinaro”, Andre Moruanın "Fəslin çiçəkləri”, Ümmülbanunun "Qafqaz günləri” və başqa əsərləri tərcümə edib. Yüksək peşəkarlıq səviyyəsi ilə seçilən tərcüməçiliklə yanaşı müxtəlif illərdə Hamlet Qocanın müəllifi olduğu "Tam-tamlar ölkəsində”, "Afrikada gördüklərim”, "Üç Afrika səfəri”, "Fransızlar yurdum haqqında” və digər kitabları da işıq üzü görüb.
Allah rəhmət eləsin !
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Süni intellektlə bağlı böyük fəlakət: 6 aya...
01:26 10.10.2026
Texnologiya
Tramp Keti Zakariyanın Ağ Evin yeni mətbuat katibi təyin etdi
01:04 10.10.2026
Gündəm
Kreml Putinin Trampla söhbətindən sonra bəyanat yayıb
00:45 10.10.2026
Gündəm
Tramp və Putin arasında telefon danışığı olub
23:57 09.10.2026
Son dəqiqə
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşdü
23:35 09.10.2026
Gündəm
"Neftçi" - "Sabah" matçında qalib müəyyənləşmədi
22:36 09.10.2026
Futbol
Rusiyada qadın hərbçilər üçün hərbi xidmətdə yaş həddi artırılır
22:20 09.10.2026
Region
İran ABŞ və İsrailin zərbələrinə güclü cavab verəcəyini açıqladı
22:05 09.10.2026
Dünya
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət