Fotosu az əvvəl gəldi: Bütün dünyanın tanıdığı Bana Alabed və ailəsi xilas oldu

Hələbdən son dəqiqə xəbərləri gəlməyə davam edir. Bu gün səhər həm Hələbin şərqindən, həm də şiə qəsəbələri olan Fua və Kefreyyadan qarşılıqlı azadetmə əməliyyatları reallaşdı. Milliyet xəbər verir ki, gecədən bu yana təxminən 3 min 500 müxalifin Hələbdən çıxarıldığı açıqlanıb. Fua və Kefreyyadan hərəkət edən 10 avtobus da rejimin nəzarətindəki bölgəyə çatdı. Bu gün 20 min adamın Hələbdən çıxarılması gözlənilir.
Hələbdən atdığı Twitter mesajlarıyla bütün dünyanın tanıdığı Bana Alabed adlı balaca qız və ailəsi, şəhərdən çıxarılıb. Alabed ailəsi indi İdlibdə etibarlı bir yerdədir...