Fransa polisi gənc "sarı jilet"li qızı gün işığına həsrət qoydu - Gözündən vuruldu + Foto

Fransanın Bezanson şəhərindən olan Lorən Tin adlı neorocərrah öz sosial şəbəkə hesabında aksiya zamanı polisin açdığı atəş nəticəsində gözünün birini itirən gənc "sarı jilet"li qızın fotosunu paylaşıb. Və buna dair fikirlərini yazıb.
"Sherg.az"ın Fransanın "nouvelobs.com" saytına istinadən xəbərinə görə, həkim qeyd edib ki, "sarı jilet"lilərin əksəriyyəti başından xəsarət alır:
"Bizə "Flash-Ball" kimi alt öldürücü silahla vurulan, qumbara və göz yaşardıcı qazın təsirindən əziyyət çəkən "sarı jilet"lilər gətirilir. Əlbəttə, onları bu hala salmaq doğru deyil. Mən siyasətçi deyiləm. Amma hər şeydən öncə vətəndaşam və həkiməm. Asayışın qorunması zamanı bu cür silahlardan istifadəni qadağan etmək lazımdır. Çünki bizə müraciət edən əksər "sarı jiletli" başından və üz nahiyəsindən xəsarət alır ki, bu da bəzən əiilliklə və əmək qabiliyyətinin itirilməsi ilə nəticələnir. Buna son qoymaq lazımdır"
Tərcümə etdi: Ayyət Əhməd