Fransa: Polisin ağır yaraladığı "sarı jiletli" komaya düşüb - Arvadı danışır





Fransanın Bordo şəhərində polisin açdığı atəş nəticəsində ağır xəsarət alan "sarı jiletli" Olivie komaya düşüb və hazırda onu süni nəfəslə saxlayırlar.

"Sherg.az""Liberation.fr"ə istinadən xəbər verir ki, Olivienin xanımının bildirdiyinə görə, LBD 40 tərəfindən kürəyindən vurularaq yaralanan "sarı jiletli" əməliyyat edilib və hazırda ona süni nəfəs veriblər, amma o hələ də komadadır:

"Həkimlər həyat yoldaşımı həyata qaytarmağa çalışırlar. Mənə isə onun üzünü göstərmilər. Tibb bacıları məni sakitləşdirmək istəyirlər. Olivie qınanılacaq heç bir addım atmayıb. 

Düzdü bəziləri sosial şəbəkədə yazır ki, guya o haranısa dağıdıb. Məhz ona görə polislər olivieni bu vəziyyətə salmaq məcburiyətində qalıb. O heç bir təhlükəli vəziyyət yaratmaq barədə düşünməyib. Həyat yoldaşım cinayətkar deyil. Dünən rəsmi mənbələr məlumat yayıb ki, guya Olivie asayiş qüvvələrinə müdaxilə edib. Əslində bu doğru deyil, böhtanbdır".

Bundan başqa Olivienin həyat yoldaşı öz Feysbuk səhifəsində yazıb ki, məsələ ilə bağlı məhkəməyə müraciət edib və artıq bu işlərlə məşğöul olmaq üçün vəkil də tutub: 

"İndi vəkil şikayətlərimlə tanış olur. Onu da deyim ki, Olivie ilə birgə 93 nəfər "sarı jilet"li ağır xəsarət alıb".

Tərcümə etdi:Ayyət Əhməd