“Fransa vasitəçilikdən çıxarılmalıdır” – ŞƏRH





"Fransanın Azərbaycana qarşı siyasətində erməni amili, bu ölkənin öz prinsiplərini-beynəlxalq hüququn qorunması ayaqlar altına almasına gətirib çıxarır”.

Bunu "Sherg.az”a açıqlamasında "Sülh və Münaqişələrin Həlli Mərkəzi”nin rəhbəri Məhəmməd Əsədullazadə deyib.

Ekspert bəyan edib ki, rəsmi Paris öz vasitəçilik missiyasına hörmətsizlik edir:

"Öz prinsiplərini tapdalayan ölkə necə Qarabağ danışıqlarında beynəlxalq hüququn təmin olunmasına çalışa bilər. Ona görə də Fransa vasitəçilkdən çıxarılmalıdır.
Artıq, Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyindən dəyişdirilməsi labüddür. Qarabağ separtçılarının rəhbəri Bako Saakyanın Fransaya səfərini mütləq şəkildə rəsmi Paris icazə verməməli idi. Hazırkı məqamda rəsmi Parisin mövqeyi srparatizmi dəstəkləmək anlamına gəlir. XİN Fransa səfirindən izahat tələb etməli, bu ölkəyə nota verməlidir. Hətta Fransadakı səfirimiz məsləhətləşmək üçün Bakıya çağrılmalıdır”.

Analitik bildirib ki, ermənilərin Qarabağda yeni su anbar tikintisinə Fransa şirkətləri də maliyyə ayıracaq:

"Fransa şirkətlərinin nümayəndıləri yoxlanılarsa, hazırda Qarabağda bu layihənin icrası və smeta işləri ilə məşğul olduqları üzə çıxar. Fransanın davranışı beynəlxalq qanunların pozulması və dost, tərəfdaş ölkə olan Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyidir. Sabah Fransanın tərkib hissəsi olan Korsika adasında separatizm baş qaldırsa və oradakı separtçıları Azərbaycan qəbul etsə, o zaman Fransa beynəlxalq hüquqdan danışacaq, sərt reaksiya verəcək. Hesab edirəm ki, Qarabağ icması Fransanın ölkəmizdəki səfirliyinə müxtəlif yollarla etiraz etməlidir”.

Qeyd edək ki, Fransa ənənəvi olaraq ermənipərəst siyasət yürüdür. Fransanın Prezidenti Emmanuel Makron Frankafoniya sammitində iştirak üçün oktyabr ayında Ermənistana üç günlük səfər etsə də, tarazlığı qorumaq üçün Azərbaycana səfər etmədi. Məsələn, Rusiya rəhbərliyi həssaslığı nəzərə alaraq, tarazlı münasibəti təmin edir. Bu günlərdə regiona səfər edən ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da tarazlı münasibət nümayiş etdirdi və münaqişənin həlli ilə əlaqədar obyektiv və ədalətli açıqlamalarla çıxış etdi. Fransanın şəhərlərinin merləri Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlər edərək işğal altında olan şəhərlərimizlə Fransanın şəhərləri arasında "qardaşlaşma” sazişləri imzalayırlar. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün heç bir tədbir görülmür. 10-dan artıq Fransa şəhəri bu kimi qanunsuz və ilk növbədə Fransa qanunlarını pozan sənədə imza atmışdır.

İsmayıl