Fransada isti havalar hökuməti AES-in bir neçə reaktorunu söndürməyə məcbur edib




Fransada qeydə alınan anomal istilərlə əlaqədar ölkə energetikləri atom elektrik stansiyalarının (AES) bir neçə reaktorunu söndürüb.

Bu barədə "Report" RT-yə istinadən xəbər verir.

KİV-in məlumatına görə, Rona çayı sahillərindəki Büje AES-in reaktorlarından biri avqustun 3-də söndürülüb, bundan bir gün əvvəl isə Sent-Alban AES-də reaktorlar dayandırılıb.

Qeyd edilir ki, bu, reaktorlarun soyudulması üçün istifadə olunan su hövzələrindəki suyun temperaturunun daha da artmasının qarşısını almaq məqsədilə edilib.