Gələn il də dollar bahalaşmaqda davam edəcək - PROQNOZ
08:56 14.12.2016
Arxiv
1221
2017-ci ildə də dollar bahalaşmaqda davam edəcək.
Bunu Sherg.az-a Federal Ehtiyatlar Sisteminin (FED) uçot dərəcəsini artırmasının nəticələrindən danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli söyləyib.
Onun sözlərinə görə, dolların bahalaşacağı ilə bağlı iqtisadçıların proqnozları özünü doğruldur:
"1975-ci ildən ABŞ-ın dolları tədavül vasitəsi kimi daha çox alınıb, satılır. FED uçot dərəcəsini artırarsa, bu ondan xəbər verir ki, dollar başqa ölkələr üçün baha olacaq. İqtisadiyyatı şaxələnməyən və konkret bir sahədən asılılığı olan dövlətlərə bu daha pis təsir edir. Nəticə olaraq, manatın ucuzlaşmasının davam edəcəyi gözlənilir. İqtisadiyyatın nizama salınması üçün qəbul edilən dövlət proqramları qısa müddətdə ixrac potensialının artırılmasına, bu sahədə dirçəlməni həyata keçirməyə imkan vermir. Buna görə də, hökumət iqtisadi islahatları və inzibati fəaliyyəti daha da artırmalıdır. Hazırda əldə olunan statistikaya uyğun deyə bilərik ki, Azərbaycana kapital axını çox zəif formada baş verir, hətta ölkədən digər dövlətlərə vəsait axını sürətlə artır. Məsələn, Türkiyədə ölkəmizin kapitalı hesabına 5 mindən yuxarı müəsisə açılıb. Gürcüstana isə 600 milyon Azərbaycan vəsaiti ötürülüb. Bunun qarşısını almaq üçün sahibkarlığın şəffaf fəaliyyətinin stimullaşdırması həyata keçirilməlidir”.
Qeyd edək ki, xarici "FedWatch" proqramının məlumatlarına əsasən, FED-in bu il üzrə son iclasında uçot dərəcəsinin artırılması ehtimalı 97%-dir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rubio: Tramp Türkiyənin F-35-ləri almasını istəyir
14:59 08.10.2026
Dünya
Alimləri təəccübləndirən KƏND: Ölümsüzlüyün sirrini tapıblar?
14:57 08.10.2026
Sağlamlıq
Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
14:49 08.10.2026
Hərbi
ADY Çindən bu il 416 blok-qatar qəbul edib
14:01 08.10.2026
İqtisadiyyat
Husilər Türkiyə PUA-sını vurdular
13:51 08.10.2026
Dünya
Putin İlham Əliyevlə görüşəcək
13:07 08.10.2026
Gündəm
40 minədək şəxsə əlillik təyin olunub
13:01 08.10.2026
Sosial
Bakıda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
12:53 08.10.2026
İnfrastruktur
Paşinyan: Azərbaycan əsgəri ömürlük Ermənistanda qala bilməz
12:52 08.10.2026
Aktual
Paşinyan: Sülh sazişi imzalanmalı, ratifikasiya edilməlidir
12:28 08.10.2026
Gündəm
Baş nazir: Köçəryan çoxdan həbs edilməliydi
12:19 08.10.2026
Region
Tramp Putini doğum günü münasibətilə təbrik etməyib
12:17 08.10.2026
Gündəm
Suaresdən Messiyə vida: Bu, səni daha böyük edir
12:06 08.10.2026
Futbol
Nikol Paşinyanın diplomu yoxdur?
11:43 08.10.2026
Gündəm