Gəncə şəhər sakini uçurumdan yıxıldı




Gəncə şəhər sakini uçurumdan yıxılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Gəncə-Daşkəsən avtomobil yolunda qeydə alınıb.
Şəhər sakini, 1961-ci il təvəllüdlü Cəfərov Muraz Faqət oğlu müvazinətini saxlaya bilməyərək yolun kənarındakı uçurumdan dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan 56 yaşlı kişi Gəncədə olan özəl xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.