Əgər İrəvan rejimi bölgədə sülhün və əmin-amanlığın olmağını istəyirsə, reallıqlara diqqət yetirməlidir
Gəncəliyev ermənilərin başına ağıl qoyur
08:15 06.02.2019
Arxiv
510
İcmalar arasında ümumi nöqtə tapılmalıdır, gec-tez qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır
Əgər İrəvan rejimi bölgədə sülhün və əmin-amanlığın olmağını istəyirsə, reallıqlara diqqət yetirməlidir
Əgər İrəvan rejimi bölgədə sülhün və əmin-amanlığın olmağını istəyirsə, reallıqlara diqqət yetirməlidir
Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev deyib ki, münaqişənin həlli nəticəsində Ermənistan əhalisi regionda yaranacaq əməkdaşlıq imkanlarından faydalanmaq imkanları əldə edəcək. Azərbaycan tərəfinin bu reallığı dəfələrlə vurğuladığını söyləyən T.Gəncəliyev bildirib ki, regionda sülhün bərqərar olması gələcək üçün çox önəmlidir: "Biz münaqişənin həlli prosesində maraqlı tərəf olaraq Dağlıq Qarabağın erməni icması ilə konstruktiv dialoq aparmağa, iqtisadi və humanitar əlaqələrin bərpa olunmasına öz töhfəmizi verməyə hazırıq. Şübhəsiz ki, bunun üçün Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır”. İcma rəhbəri bəyan edib ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ermənilərlə yenidən sülh şəraitində birgə yaşamağa qadir olduqlarına inanır.
T.Gəncəliyevin diqqət çəkdiyi məqamı "Şərq”ə şərh edən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, nəinki müxtəlif millətlər və etnik qruplar, hətta doğmalar arasında belə müəyyən problemlər yaşanır. Ancaq əsas odur ki, mövcud problemlər etnik qarşıdurmaya çevrilməsin:
"Birgəyaşayışı təmin etmək üçün ermənilər ilk növbədə absurd və təhlükəli tələblərinə, ərazi iddialarına son qoymalıdır. Dağlıq Qarabağ münaqişəsi başlamazdan əvvəl uzun müddət regionda ermənilərlə azərbaycanlılar bir yerdə yaşayıblar. Daha sonra isə erməni şovinistləri və ekstremistləri azərbaycanlıları yurdlarından qovublar. Lakin bu o demək deyil ki, artıq hər şey bitib və azərbaycanlıların orada yaşamaq ixtiyarı yoxdur. Gec-tez qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Bu, mütləqdir. Ancaq problemin həlli üçün ardıcıl danışıqlar aparmalı, görüşlər keçirməli, icmalar arasında ümumi nöqtələr tapılmalıdır. Separatçılar tez-tez "Dağlıq Qarabağ xalqı” ifadəsini təkrar edirlər. Əlbəttə, bu, cəfəngiyyatdır, elə bir xalq yoxdur. Son illərə qədər Dağlıq Qarabağda azərbaycanlılar və ermənilər birgə yaşayıblar. Əgər İrəvan rejimi bölgədə sülhün və əmin-amanlığın olmağını istəyirsə, reallıqlara diqqət yetirməlidir”.
Politoloqun sözlərinə görə, bütün proseslər paralel getməlidir:
"Bir tərəfdən icmalar bir-biri ilə dialoq qurmalı, digər tərəfdən də rəsmilər arasında danışıqlar davam etdirilməlidir. Ən əsası isə beynəlxalq hüquq-normalarına riayət edilməlidir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya